Get Mystery Box with random crypto!

Aynr Hashim

Telgraf kanalının logosu aynrhashim — Aynr Hashim A
Telgraf kanalının logosu aynrhashim — Aynr Hashim
Kanal adresi: @aynrhashim
Kategoriler: Pazarlama
Dilim: Türk
aboneler: 496
Kanaldan açıklama

Rəqəmsal Marketinq və Başqa Söhbətlər

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


En son Mesajlar

2021-10-14 20:26:01 Dostlar, Salam! Ümid edirəm ki, yaxşısınız. Düşünürəm ki, mütamadi olaraq burada paylaşım edəcəm. Ehtimal ki, paylaşımlar bir müddət daha az və fasilələrlə olacaq. Ancaq bu dəfə ilk baş verir və sırf bu kanalın izləyiciləri üçün dostum-qardaşım tərəfindən yazılan bloqu Sizinlə bölüşürəm:


Gəlin ilk öncə sizə özümü tanıdım.... Zarafat edirəm, sizi belə mənasız şeylərlə yormayacam (bu zarafat üçün sizdən üzr istəyirəm, amma necəsə yazıya başlamalıydım). Bu gün sizə artıq bir neçə böyük şirkətin istifadə etdiyi və yaxın zamanlarda mənim də əlimə keçəcək bir alətdən danışmaq istəyirəm.
Çox güman ki, bu səhifəni oxuyursuza marketinqlə əlaqəli işdə çalışırsız, marketinq sahəsində çalışırsızsa “A/B testing” nədir bilirsiz. Bilmirsizsə, bu mənim əvvəlki cümlələrdə işlətdiyim kimi ehtimallar səsləndirib onların yoxlanmasıdır. Siz bu üsulla marketinq taktikalarınızı daha da yaxşı hala gətirirsiniz. Əksər şeylərdə olduğu kimi bu üsulun da bir nəçə mənfi tərəfi var:
- Həddən artıq vaxt ala bilir (təsəvvür edin ki, eyni taktikayla bağlı 10 test etməlisiniz)
- Bəzən əldə olunan nəticələri analiz etmək çətin olur (Ümumən bu problem seqmentin ixtiyari bölünməməyindən irəli gəlir)
- Bəzən heç bir nəticə vermir (testlər o qədər uzun çəkir ki, yalnız başqa taktikalar üçün dərs çıxarmaq qalır)

İndi təsəvvür edin ki, siz eyni anda 20-dən çox test edə bilərsiz. Misal üçün, sizin müştərilər üçün nəzərdə tutduğunuz səhifəniz var və onun arxa fonundakı rənglərini yoxlamaq istəyirsiz, əlavə olaraq şifrə və istifadəçi adı üçün xanaların quruluşunu və.s. Bunların hamısını A/B testlə etsəniz fərqli-fərqli eleməntlər 20-dən çox testə gətirib çıxara bilər.
Qayıdırıq bu paraqrafın ilk cümləsinə, təsəvvür edin ki, bunu bir click-lə edirsiz və sonda süni zəka sizə testlərin analizini edir, nəticə verir.

Əladır, hə? Elədirsə, Adobe Target-ə xoş gəlmisiz.

Sizə ağız dolusu bu alət haqqında danışmaq istəyərdim, amma atalarımız demiş – “balıq tutmağı yox, balıq tutmağın yolunu göstər” elə onları dinləyərək danışmaq əvəzinə sizi bu vebsayt və video ilə başbaşa qoyacam
- https://business.adobe.com/products/target/adobe-target.html
-



P.S Yazı 2 Guiness pivəsi içilərək yazılıb, həddən artıq səmimi oldumsa, üzürlü sayın ("İki pivə içib özünü buraxıb" kommentlərini artıq eşidirəm)

Növbəti yazılarda görüşənədək.

Özünü təqdim etməyən müəllif – https://www.instagram.com/israyilalakbarov/
45 views17:26
Aç / Yorum Yap
2021-10-04 23:45:29
Twitter-da indiyə olan trend heştəqlər:
130 views20:45
Aç / Yorum Yap
2021-10-04 23:41:39 Videolar çəkilir, xəbərlər yazılır və ortaya Facebook, Instagram, WhatsApp(bundan sonra FIW) üçlüsünün çökməyinə səbəb kimi “Çindən edilən hücum”, “hakerlərin işi”, həmçinin “Facebook-dakı üstlərin (bu söz necə sehirli səslənir. Elə bil bu dəqiqə masonlardan danışacam ) şəxsən etdiyi addım” hətta artıq “facebook çökməyib, bütövlüklə silinib” və.s yönündə iddialar atılır.

Problem həll edildikdən sonra açıqlamanın hansı formada ediləcəyi, araşdırmaların nə nəticə verəcəyi maraqlıdır. Hələlik dəqiq məlumat yoxdur.

Yeri gəlmişkən, yaranan çökmə ilə əlaqəli olaraq Mark 7 milyard dollar itirərək “dünyanın ən varlı insanları” siyahısından bir pillə aşağı düşüb. Ancaq ona bu çətin zamanlarda həm pis, həm də yaxşı xəbərim var - nə qədər aşağı düşsə də bizə çatmayacaq Vaxtında bu yumurtaları fərqli səbətlərə qoymalıydın, eyyy Mark!

Bu arada, yaranan maraq və axının nəticəsi olaraq Twitter-ın da əksər hesablar üçün çökdüyü bildirilir. Mən hal-hazırda Twitter, TikTok və Telegram-a problemsiz daxil ola bilirəm.

Əziz həmkarlarım və işi sosial mediadan keçən şəxslər, narahat olmayın, bütün sosial media kanalları çöksə də biz bir iş tapıb işləyəcəyik
136 views20:41
Aç / Yorum Yap
2021-10-04 22:30:29
172 views19:30
Aç / Yorum Yap
2021-10-04 22:29:37 Instagram, Facebook və WhatsApp-ın açıqlamalarını gördünüzsə, indi keçək Telegram-ın Twitter-da etdiyi Real Time Marketing-ə
170 views19:29
Aç / Yorum Yap
2021-10-04 22:26:50
159 views19:26
Aç / Yorum Yap
2021-10-04 22:08:00 Uzun aradan sonra hər birinizi salamlayıram! Ümid edirəm ki, hər biriniz yaxşısınız

Elə bu gün Instagram-da Telegram kanalını təkrar aktiv etməyi düşündüyüm barədə hekayə paylaşmışdım. Təbii ki, paylaşımı edən vaxt bu gün sosial media kanallarının çökəcəyini, mənim isə bunu fürsətə çevirəcəyimi düşünmürdüm

Əksər insanlar hal-hazırda Facebook, Instagram və Whatsapp-a daxil ola bilməməyini müharibə ilə əlaqələndirib narahat olur. Dostlar, problem qlobaldır və Facebook səhmləri 5% dəyər itirib. Instagram çətin anlar keçirdiklərini, yaxın zamanda problemin aradan qaldıracağını bildirib.

Görünən odur ki, bu gün Telegram yenə qazanan tərəf olacaq
192 views19:08
Aç / Yorum Yap
2021-03-26 23:34:16 Dostlar, a dostlar, salam Ümid edirəm ki, yaxşısınız və sağlamlığınız yerindədir Gec qalmadan bu günə olan xüsusi məlumatları Sizinlə bölüşürəm, başlayaq



Instagram hekayələrinə altyazı funksiyalarını gətirir.
Yaxın müddətdə istifadəyə veriləcək yeni özəlliyin adı "captions" adlanır. Hal-hazırda test müddətində olan funksiyanı bir müddət sonra hər kəs istifadə edə biləcək. Yeni funskiyanı hekayə qismində səsli video paylaşarkən aktivləşdirə biləcəksiniz.

Bununla yanaşı, instagram-ın gətirəcəyi digər yenilik eyni paylaşımlarda olduğu kimi hekayə qismində də qaralama funksiyasının aktivləşdirilməsidir. Artıq story paylaşımlarınızı qaralama kimi saxlaya və üzərində dəyişiklik edərək istədiyiniz vaxt paylaşa bilərsiniz.



Donald Trump-ın baş məsləhətçisi Jason Miller yeni açıqlamasında ABŞ-ın keçmiş prezidentinin öz platforması ilə 2-3 ay ərzində sosial mediaya dönəcəyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trump, seçicilərini təhrik etməkdə və ABŞ Nümayəndələr Palatasını basqına təşviq etməkdə günahlandırıldıqdan sonra Twitter və Facebook kimi aktiv istifadə etdiyi sosial media platformaları tərəfindən qalıcı olaraq bloklanmışdı. Elə bundan bir müddət keçdikdən sonra Trump öz sosial media şəbəkəsi quracağını və 2-3 ay sonra qayıdacağını bildirdi.



Telefonunuzun batareya sağlığı üçün bunlara əməl edin:
1) Enerjini 20%-in altına salmayın
2) Telefon enerjidə olarkən istifadə etməyin
3) Orginal və ya keyfiyyətli kabellərdən, adapterlərdən istifadə edin



Plastik istifadəni azaltmaq üçün Starbucks axır ki, təkrar istifadə edilə bilən çöplərini istifadəyə verib.

Silikon kauçuk çöpləri bazara təqdim edən Starbucks Yaponiya yeniliklərinə ‘My Straw’ adını verib. Sarı, yaşıl, çəhrayı və narıncı rəngləri olan bu təkrar istifadə edilə bilən çöplər dolğunluğuna görə fərqlənir və xüsusi ilə Frappuccino olmaqla bütün içkilər üçün tövsiyə edilir.
Bu çöpləri təmizləmək üçün fırça və hər yerə daşıya bilmək üçün silikon qablaşdırması da mövcuddur. İş olarasındadır ki, bu yeni çöplər fırça və qablaşdırması ilə birgə 8.24$-a satılır.



İzmirə getməmişdən öncə oxuyun:
https://www.instagram.com/p/CMwmVUJFji7/
https://www.instagram.com/p/CM0FN77FfUR/


Və son olaraq, #TorbadaVar rubrikasına qaldığımız yerdən davam edirik. Elə indi aşağıdakı linkə klikləyərək Aprel ayının xüsusi günlərini öyrənə və növbəti ayın planına fərqlilik qata bilərsiniz.
Aprel ayının xüsusi günləri: https://aynrhashim.medium.com/torbada-var-aprel-x%C3%BCsusi-g%C3%BCnl%C9%99r-99980480a4d0
306 views20:34
Aç / Yorum Yap
2021-03-19 23:35:14
Sözügedən ayaqqabı – "Virtual 25"
365 views20:35
Aç / Yorum Yap