Get Mystery Box with random crypto!

Dostlar, a dostlar, salam Ümid edirəm ki, yaxşısınız və sağl | Aynr Hashim

Dostlar, a dostlar, salam Ümid edirəm ki, yaxşısınız və sağlamlığınız yerindədir Gec qalmadan bu günə olan xüsusi məlumatları Sizinlə bölüşürəm, başlayaq



Instagram hekayələrinə altyazı funksiyalarını gətirir.
Yaxın müddətdə istifadəyə veriləcək yeni özəlliyin adı "captions" adlanır. Hal-hazırda test müddətində olan funksiyanı bir müddət sonra hər kəs istifadə edə biləcək. Yeni funskiyanı hekayə qismində səsli video paylaşarkən aktivləşdirə biləcəksiniz.

Bununla yanaşı, instagram-ın gətirəcəyi digər yenilik eyni paylaşımlarda olduğu kimi hekayə qismində də qaralama funksiyasının aktivləşdirilməsidir. Artıq story paylaşımlarınızı qaralama kimi saxlaya və üzərində dəyişiklik edərək istədiyiniz vaxt paylaşa bilərsiniz.



Donald Trump-ın baş məsləhətçisi Jason Miller yeni açıqlamasında ABŞ-ın keçmiş prezidentinin öz platforması ilə 2-3 ay ərzində sosial mediaya dönəcəyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trump, seçicilərini təhrik etməkdə və ABŞ Nümayəndələr Palatasını basqına təşviq etməkdə günahlandırıldıqdan sonra Twitter və Facebook kimi aktiv istifadə etdiyi sosial media platformaları tərəfindən qalıcı olaraq bloklanmışdı. Elə bundan bir müddət keçdikdən sonra Trump öz sosial media şəbəkəsi quracağını və 2-3 ay sonra qayıdacağını bildirdi.



Telefonunuzun batareya sağlığı üçün bunlara əməl edin:
1) Enerjini 20%-in altına salmayın
2) Telefon enerjidə olarkən istifadə etməyin
3) Orginal və ya keyfiyyətli kabellərdən, adapterlərdən istifadə edin



Plastik istifadəni azaltmaq üçün Starbucks axır ki, təkrar istifadə edilə bilən çöplərini istifadəyə verib.

Silikon kauçuk çöpləri bazara təqdim edən Starbucks Yaponiya yeniliklərinə ‘My Straw’ adını verib. Sarı, yaşıl, çəhrayı və narıncı rəngləri olan bu təkrar istifadə edilə bilən çöplər dolğunluğuna görə fərqlənir və xüsusi ilə Frappuccino olmaqla bütün içkilər üçün tövsiyə edilir.
Bu çöpləri təmizləmək üçün fırça və hər yerə daşıya bilmək üçün silikon qablaşdırması da mövcuddur. İş olarasındadır ki, bu yeni çöplər fırça və qablaşdırması ilə birgə 8.24$-a satılır.



İzmirə getməmişdən öncə oxuyun:
https://www.instagram.com/p/CMwmVUJFji7/
https://www.instagram.com/p/CM0FN77FfUR/


Və son olaraq, #TorbadaVar rubrikasına qaldığımız yerdən davam edirik. Elə indi aşağıdakı linkə klikləyərək Aprel ayının xüsusi günlərini öyrənə və növbəti ayın planına fərqlilik qata bilərsiniz.
Aprel ayının xüsusi günləri: https://aynrhashim.medium.com/torbada-var-aprel-x%C3%BCsusi-g%C3%BCnl%C9%99r-99980480a4d0