Get Mystery Box with random crypto!

Aynr Hashim

Telgraf kanalının logosu aynrhashim — Aynr Hashim A
Telgraf kanalının logosu aynrhashim — Aynr Hashim
Kanal adresi: @aynrhashim
Kategoriler: Pazarlama
Dilim: Türk
aboneler: 496
Kanaldan açıklama

Rəqəmsal Marketinq və Başqa Söhbətlər

Ratings & Reviews

2.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

0

1 stars

1


En son Mesajlar 3

2020-06-20 12:56:00 NASA gələcək planetimiz(guya indi mən görəcəm axı) olmağa hazırlaşan Mars-ı kəşf etmək üçün maraqlı helikopter hazırlayıb. Helikopterin adı "Ingenuity" adlanır. Uçuş haqqında verilən məlumata görə helikopter Mars-a üç dəfə uçuş edəcək. Nəzərdə tutulan uçuş 20 İyul 2020-ci ildə(yəni bu gün) NASA-nın Florida-da yerləşən Kennedy Uzay Mərkəzi-ndə başlayacaq və 11 Avqusta qədər davam edəcək. Onu da nəzərinizə çatdırım ki, bu cür hadisə ilk dəfə həyata keçiriləcək. Əsas məqsəd isə yeni şeylər öyrənməkdir. Yeniliklər olduqca bildirəcəm




2019-cu ildə hackerlər tərəfindən ən çox qırılan, ən pis şifrələr:
123456
123456789
qwerty
1234567
12345678
12345
111111
123123
abc123
qwerty123

Əgər bu 10-luqda Sizin də şifrəniz varsa, mütləq dəyişin.


Sevmək istəyənlər, sevgilisi olmasını istəyənlər, heç cür sevgilisi olmayanlar Linkedin-dəki bu yazımı mütləq oxusun – https://bit.ly/2YRdNgX
686 views09:56
Aç / Yorum Yap
2020-06-20 12:56:00 Dostlar, Salam! Ümid edirəm ki, karantin Sizi çox sıxmır və kefinizin kök olmasına təsir etmir Bir müddətlik fasilədən sonra həmin müddət ərzində kənarda qeyd etdiyim məlumatları bir araya gətirdim. İndi isə çox uzatmadan, həmin məlumatları Sizinlə paylaşıram


Dünən WhatsApp-la bağlı əsasən, Avropa və Amerika ölkələrində problem yaşanıb. Bu problem isə qarşı tərəfin son görülməsini, online olub olmamasını görməmək olub. WhatsApp-ı istifadə etməkdə və mesajlaşmaqda isə problem yaşanmayıb. Əksəriyyət bunu yenilik kimi qarşılayıb və WhatsApp-ın artıq bu funksiyalarını yığışdırdığını dilə gətirib. Heç bir açıqlama verməyən WhatsApp problemi aradan qaldırıb və həm online, həm də son görülmə funksiyasını təkrar aktiv edib. Bildirilən məlumata əsasən, problem bu iki funksiyanın da səhvliklə əlaqəli hər kəsə bağlı edilməsinin nəticəsində ortaya çıxıb.



Facebook və Instagram story bölməsi üçün yenilik gətirəcək. Bu yenilik daha çox insanın bir-biri ilə əlaqə qurmasına kömək olacaq. Artıq dostluq hissəsində olduğu kimi story bölməsində də tanıya biləcəyimizi düşündüyü insanları bizə təklif edəcək.



Twitter ilkə imza atıb. Söhbət əksəriyyətin artıq bildiyi və gördüyü səs yazısı paylaşmaq funksiyasındaan gedir. Artıq bir neçə gündür ki, Twitter iOS istifadəçiləri üçün bu funksiyanı istifadəyə verib. Yəni, tvitlərinizi səsli şəkildə də paylaşmaq mümkün olacaq. Bu funksiyanln android istifadəçiləri üçün nə vaxt aktivləşəcəyi bildirilməyib. Bu arada, səsli tvit 140 saniyə uzunluğunda ola bilər ancaq bu limiti keçsəniz belə problem olmacaq çünki yeni səsli tvit əlavə ediləcək və zincirləmə şəklində paylaşmaq mümkün olacaq. Bununla yanaşı, bu yenilik çox güman ki, yaxın müddət sonra Facebook və Linkedin-ə də adaptasiya ediləcək.

Əlavə olaraq onu da qeyd edim ki, eşitmə problemi yaşayan insanlar bu funksiyanın onları düşünmədiyini dilə gətirib. Twitter isə funksiyanın hələ test müddətində olduğunu və inkişaf etdirəcəklərini bildirib. Çox güman, qeyd etdikləri kimi bu funksiya hələ inkişaf etdiriləcək və paylaşılan səslərə altyazı funksiyası əlavə ediləcək.



TikTok-un kopyası kimi bildirilən Zynn haqqında bundan öncə iki dəfə yazmışam. Biri TikTok-a rəqib gəlir başlığı altında, digəri isə Google Play-dən silinib və yükləmək olmur haqqında idi. İndiki məlumat isə artıq Apple Store-dan da silinməsi haqqındadır. Zynn TikTok və digər sosial mediaların əksinə hər qeydiyyat, video izlənməsi və dostlarınızı abunə olmağa dəvət etdiyinizdə abunələrinə müəyyən məbləğdə ödəniş etdiyini bildirirdi. Onlar reklam gəlirlərinin insanlara xərcləndiyini bildirir ABŞ medyası bunu "səadət zənciri" adlandırırdı. Təbii ki, bu cür sosial şəbəkə digərlərinə sərf etmir və ən əsası, TikTok-un kopyası olduğu bildirirlir, silinir. Bununla yanaşı, bir çox TikTok istifadəçisinin videosunun icazəsiz olaraq, Zynn-da paylaşıldığı qeyd edilmişdi.



Boston Dynamics və robot iti "Spot"-la bağlı burada ətraflı məlumat yazmışam. İndi Boston Dynamics həmin "Spot" itlərini satışa çıxarılıb. Bu arada, 150 Spot robot iti keçən ilin sentyabr ayında şirkət və araşdırma mərkəzlərinə göndərilmişdi.

"Spot"-ların bəziləri bu xidmətləri göstərib:
Kanada-nın Quebec bölgəsində inşaat layihəsinin gedişatını təqib edib, həftə ərzində təqribən, 5000 şəkil çəkib.
Norveç-dəki petrol mərkəzində təhlükəli işləri insanların yerinə həyata keçirib.
Yeni Zellandiyada isə çoban iti olaraq yoxlanışdan keçirilib.

Bütün bunların fonunda qeyd etdiyim kimi "Spot" satışa çıxarılıb, ancaq hər kəsə satılmayacağı qeyd edilib. Əslində, insanların əksəriyyəti istəsə də ala bilməz çünki, qiyməti 74.500 dollar-dır. İş orasındadır ki, pulu olan hər kəs ala bilməyəcək. Onu da bildirim ki, işdi birdən topdan alış etmək istəsəniz və ya təhsil üçün almağı düşünsəniz, endirim edəcəklər. Özləri belə qeyd edib. Yəqin, o 500-ü çıxararlar, yuvarlaqlaşar
597 views09:56
Aç / Yorum Yap
2020-06-16 00:47:41 Yeni başlayan hər kəsin(uşaqlar da daxil) kodlaşdırma öyrənə biləcəyini asan və əyləncəli 7 sayt:
1. https://codecombat.com
2. https://code.org/
3. https://codakid.com/
4. https://scratch.mit.edu/
5. https://www.kodable.com/
6. https://www.codecademy.com/
7. https://developers.google.com/blockly



Ödənişsiz 2D və 3D animasiyalar hazırlaya biləcəyiniz 5 proqram:
1. Toon Boom
2. Synfig Studio
3. Digicel FilipBook
4. Anime Studio
5. Blender


Fikirlərinizi mənimlə bölüşə bilərsiniz. Hətta, bölüşsəniz çox sevinərəm Monoloqları real dialoqlara çevirməyi sevirəm Kanal və düşüncələrinizlə bağlı ağlınıza, ürəyinizə nə gəlirsə, yazın mənə Mütləq cavab verəcəm (Qucax(q)lamaq bu dünyadakı ən gözəl şeylərdəndir. Sevgiliz, həyat yoldaşınız, övladınız, həyatını Sizinlə paylaşan istənilən canlını qucaxlayın Sabaha saxlamadan, elə indi. Əgər heç biri yoxdursa, dərd etməyin yastığınız yanınızdadır Özünüzü bərk-bərk qucaqlayın – sonda yazmağıma baxmayın, mümkündürsə, ilk əvvəl bunu edin)


Facebook: https://www.facebook.com/aynrhashim
Instagram: https://www.instagram.com/aynrhashim/
Linkedin: https://www.linkedin.com/in/aynrhashim/
E-mail: work.ahashim@gmail.com
636 views21:47
Aç / Yorum Yap
2020-06-16 00:47:41 Salam, Dostlar! Ümid edirəm ki, kefiniz əladır Bəzən gördüyünüz kimi kanalda fasilələr yaranır. Bunun əsas səbəbi Sizin üçün daha maraqlı və faydalı olacaq kontentlər hazırlamaqdır. Hər gün yazmaq üçün yazmaq və Sizin dəyərli vaxtınızı almaq istəmirəm.

Çalışıb hər gün sadəcə vaxtınızı ayırmağa dəyər məlumatları, yazıları paylaşacam. Belə məlumatlar olmayanda isə yazmayacam
Burada olduğunuz və daim fikirlərinizi bildirdiyiniz, mənə yazdığınız üçün hər birinizə minnətdaram



İslandiya dünyanın ən sülhsevər və təhlükəsiz ölkə elan olunub.
Uzaq şimal ölkəsi artıq 11-ci dəfədir ki, bu sıralamada 1-ci yerə layiq görülüb. Təbii ki, İslandiya cinayətlərin də ən az yaşandığı ölkədir. Azərbaycan isə sıralamada 120-ci yerdədir.

Daha ətraflı (rus dilində) buradan oxuya bilərsiniz: https://bit.ly/2B65c1z



Şirkətiniz üçün ad axtarırsınızsa, bunu ödənişsiz olaraq heç kimə etdirməyin. Hər kəsin zamanı dəyərlidir və hər birimiz zamanı pula çeviririk. Bir insan hər hansısa işə 10 dəqiqə vaxt ayırırsa, əslində həmin iş sadəcə 10 dəqiqə ərzində ərsəyə gəlmir.

Hər iş işi görənin oxuduğu, öyrəndiyi, lazım olanda ödənişsiz olaraq işlədiyi, təcrübə topladığı, yeri gələndə böyük pullar verib iştirak etdiyi seminarlar, təlimlər nəticəsində ərsəyə gəlir. Yəni, biz başqalarının işini balacalaşdırmamalıyıq və hər kəsin əməyinin haqqını verməliyik.

Burada olan insanların hər birinin bunu başa düşdüyünü düşünürəm, sadəcə içim dolu olanda bunu bölüşmək istəyirəm İnsan da başa düşdüyü insanlarla dialoqda olmağı sevir Bizimki monoloq olsa da mən bura nələrsə yazanda Sizinlə danışıram kimi hiss edirəm

Əslində uzun sözü qısaldıb demək istəyirəm ki, yeni iş qurmusunuz və pulunuz limitlidirsə, Sizə tövsiyə edəcəyim bəzi saytlar var.

Müəyyən açar sözləri yazırsınız və ona uyğun şirkətiniz üçün süni intellektin köməyi ilə ad seçən saytlar:

1. https://bit.ly/3hCJy63
2. https://bit.ly/3e5hFkL
3. https://bit.ly/2Yu8sMo
4. https://bit.ly/3ebXxO4
5. https://bit.ly/2YC61at


Bonus:
İlk qeyd etdiyim Zyro vasitəsi ilə həm loqo, həm də sayt hazırlamaq da olur. Ödənişli və ödənişsiz variantları var.
1. Loqo hazırlamaq üçün https://bit.ly/2MXbV0x
2. Sayt hazırlamaq üçün https://bit.ly/2B1kGE2



Ödənişsiz olaraq istifadə edə biləcəyiniz işinizi yüngülləşdirəcək açıq kod proqramlar:

1. PDFSam – PDF-ləri kəsmək, birləşdirmək, görüntüsünü dəyişmək və.s üçün istifadə edə bilərsiniz.
2. Shotcut – PremierPro-nun daha rahat versiyasıdır. Videolara istədiyiniz kimi düzəlişlər etmək, sadə şəkildə musiqi əlavə etmək üçün istifadə edə bilərsiniz.
3. Canva və GIMP – Photoshop və Lightroom-da edilən şeyləri hər iki proqram vasitəsi ilə burada daha asan edə bilərsiniz. Canva daha çox Photoshop-u əvəzləyir, ancaq GIMP hər ikisini əvəzləyir deyə bilərik.



Açıq Kod nədir?
Açıq-kod anlayışı ilk dəfə Riçard Stolman tərəfindən irəli sürülmüşdür. Açıq kodlu proqram təminatı adından da göründüyü kimi kodları hər kəsə açıq şəkildə olur. Hər kəs həmin açıq kodları əldə edə və istismara verildiyi lisenziya şərtlərinə uyğun olaraq, öz məqsədləri üçün istifadə eliyə bilər

Açıq kodlu proqram təminatının kodlarını hər kəs gördüyü üçün bir növ sınanmış olur və hər hansı bir problem, bug, nasazlıq müşahidə edilərsə, daha tez vaxtda aradan qaldırılır.




Yeni gələnlər və gözdən qaçıranlar üçün bir az təkrar:

Ödənişsiz olaraq, səliqəli və cəlbedici Resume(CV) düzəldə biləcəyiniz saytlar:

1. https://bit.ly/2Wi1LNu
2. https://bit.ly/2WMdNOb
3. https://bit.ly/2yA8RE7


İngilis və başqa dilləri pulsuz öyrənə biləcəyiniz 7 mobil tətbiq:

1. Duolingo
2. Busuu
3. Voscreen
4. Memrise
5. Mondly
6. English Ninjas
7. Speaky S.A.



Aşağıda qeyd edilən 6 platforma vasitəsi ilə ödənişsiz kurslarda iştirak edə bilərsiniz:
1. Harvard: https://online-learning.harvard.edu/
2. Yale: https://oyc.yale.edu/
3. Brown: https://www.brown.edu/academics/digit…
4. Cornell: https://www.ecornell.com/
5. Academic Earth: https://academicearth.org
6. Open Culture: http://www.openculture.com
612 views21:47
Aç / Yorum Yap
2020-06-13 17:27:06 Salam, Dostlar Ümid edirəm ki, əhvalınız əladır

Dünənin məlumatları ürəyimcə olmadığı üçün "bir az gec, amma daha yaxşı olsun" dedim və rəqəmsalda baş verən ən son məlumatlar bir araya yığdım

Facebook, Snapchat, TikTok və Proqramlaşdırma dilləri haqqında baş verən yeniliklər aşağıda Sizi gözləyir



Facebook maraqlı yeniliyi test edir. Kimisə Google-da axtaranda ilk başda Wikipedia məlumat lövhəsi çıxır və bizi ora yönləndirir. Məncə, bunu hər kəs görüb. Eyni bu cür funksiyanın indi Facebook-a gəlməsi gözlənilir. Facebook-un özündə axtarış edəndə sağda bir küncdə onun Wikipedia məlumatı və hal-hazırda onunla əlaqəli yazılan məqalələr yer alacaq.

Facebook Wikipedia-nı bura inteqrasiya etməklə, insanların facebook-da keçirdiyi vaxtı bir az da çoxaltmağı hədəfləyir. Facebook bu funksiyanın test edildiyini bildirib, ancaq nə vaxt istifadəyə verəcəyini bildirməyib.



Facebook-un bir digər yeniliyi isə Messenger-la bağlıdır. Telefonlardakı Face ID-ni bilirsiniz, hansı ki, telefonun sahibi üzünü ekrana tutur və onu tanıyan telefon qapılarını sahibinin üzünə açır. Eyni bu cür yenilik Messenger-ı da gözləyir.

Hal-hazırda bir qrup iOS istifadəçilərinin üzərində test edilir və yaxın günlərdə yeniliklər olması gözlənilir. Bu arada, Face ID olmasına baxmayaraaq, gələn mesajları həmişəki kimi – bildirişlər hissəsindən görüb, elə cavab verməyimiz də mümkün olacaq.




Sosial media platformalarına fikir verirsiniz, son illərdə sadəcə sosial media olaraq qalmırlar, yeni və başqa sahələrə də addım atırlar. Bu sadəcə sosial media şirkətləri üçün deyil, bir çox adlı-sanlı iş adamları üçün də keçərlidir.

İndi haqqında danışacağım Snapchat-dır. Snapchat indi də Snap Games adlı oyun üzərində işləyir və bununla bağlı, məşhur ABŞ oyun şirkəti olan Zynga ilə əməkdaşlığa başlayıb.



2012-2014-cü illərdəki instagram yadınıza düşür?
TikTok-dan çox da fərqlənmirdi desəm, yeridir.
Həmin illərdə istifadəçilərin böyük əksəriyyəti gənclər idi və indiki kimi adlı-sanlı deyildi. Eyni indiki TikTok kimi. TikTok istifadəçilərinin təqribi 43%-i 16-24 yaş aralığındakı insanlardır.

Təbii ki, bu aralıqdakı insanların alıcılıq qabiliyyəti o qədər də yüksək deyil və sosial media platforması üçün gətirdiyi qazanc azdır. TikTok da bunu başa düşür və istifadəçilərinin yaş aralığını genişləndirmək üçün addımlar atır.
Bu addımlardan ikisini qeyd edirəm – Do it yourself (Özün Et) və Canlı Yayımlar.

Bu iki addımdan biri daha ağıllı-başlı kontentdirsə, digəri də insanların daha səmimi olduğu, özünü yaxın hiss etdiyi kontentdir. Yəni, TikTok instagram və youtube üçün böyük rəqibdir. Görək, bu addımlardan sonra hansı müddətdə nələr dəyişəcək.



Java 20.000 nəfərin iştirak etdiyi sorğunun nəticəsinə görə Python-ı keçərək, təkrar ən məşhur proqramlaşdırma dili olub. Keçən il buna oxşar sorğu keçirilmişdi və nəticə Python-ın xeyrinə idi. Təkrar bu kimi halın yaşanması və Python-nun Java və JavaScript-i keçməsi gözlənilir.

Sorğunun nəticəsinə görə ilk 3 məşhur proqramlaşdırma dili belədir:

39% – JavaScript
37% – Java
31% – Python

Bununla yanaşı, son dövrlərdə məşhurlaşan proqramlaşdırma dillərinə deyinsək, bu Google sistem proqramlaşdırma dili olan Go, Kotlin və Python olacaq.
534 views14:27
Aç / Yorum Yap
2020-06-12 01:18:13 Salam, Dostlar. Ümid edirəm ki, əlasınız. Bu günün dadını əla çıxardı. Mümkündürsə, sabahın yerinə də havada nəfəs alın Yaxşı, bu çətin məsələdir. Heç olmasa, bu gün ayağınız yerə dəyəndə o əla hissi keçirin. Havanın necə olmasından asılı olmayaraq, göyə baxın və dərin nəfəs alın.

Əslində bu qədər şişirtməyib sabahı adi gün keçirmək kimi də olar, iki günə 2-3 çörək bəs edər. Bu arada, çörəyi, duzu və şəkəri mümkün qədər az istifadə etməyə çalışın. Sağlamlığınız üçün təhlükəlidir Əvəzinə, hər gün azı 5-6 stəkan su içməyə çalışın. Əgər elə yavan içə bilmirsinizə, limon və təbii nanə köməyinizə çatacaq Bu təkrarlardan sonra günün məlumatlarına keçirik


Snapchat-la başlayan və daha sonra Instagram, Facebook, WhatsApp və YouTube-a gələn story funksiyası artıq Twitter-da da qarşımıza çıxacaq.

Əslində bu yeniliyin gözləndiyi haqqında yazmışdım. Hansı ki, "Fleets" adlı hekayə funksiyası hər kəsə açıq olaraq paylaşılacaq amma bunları hər kəslə açıq retvit etmək olmayacaq.
"Fleets" test müddətindədir və hal-hazırda Braziliya, İtaliya və Hindistan-da istifadə edilir.

Bununla yanaşı, bir digər yeniliyin olması da gözlənilir. Bu yenilik instagram və facebook-da olduğu kimi paylaşımlara fərqli emojilərlərlə cavab verməkdir.



WhatsApp yaxın günlərdə maraqlı yeniliklə qarşımızda olacaq. Hem iOS, həm də Android üçün gələcək yeni funksiya ilə əvvəlcədən təyin etdiyimiz mesajları göndərmək olacaq.

Facebook və instagram-da postları əvvəlcədən qoşmaq kimi burada da mesajları qoşmaq və vaxtı gələndə yollamaq olacaq Bu mənim lap çoxdan arzuladım funksiya idi. İndi gecə-gecə məlumat göndərməyimə baxmayın, WhatsApp-da insanları narahat etməmək üçün gecə saat 11-12-dən mesaj göndərmirəm Vacib məsələ deyilsə, həmin saatdan sonra kimisə narahat etməyin doğru olmadığını düşünürəm (qarşı tərəf mesajı özü yazıbsa və bu Sizin üçün problem deyilsə, cavab vermək olar. Həqiqətən vacib məsələdirsə, yazmaq olar – kimi istisnalarımız da var)
Ancaq istisnalar olmayan halda səhər o mesaj unudulur və ya vaxtında göndərilməyə bilər. Bax elə bu yerdə bu funksiya çox yerinə düşür. Gecədən mesajı hazırla, səhər 7-yə qoş, özün də rahat-rahat yat Görək, nə vaxt gəlir bu əla yenilik



Parkinson və Hantinqton xəstəliyindən əziyyət çəkənlərin işini yüngülləşdirəcək qaşıq hazırlayıblar. Bu qaşıq tək sözlə, əladır. Parkinson və Hantinqton xəstələrinin ən böyük problemlərindən biri də bədənlərinin, əllərinin əsməsidir. Bu qaşıq vasitəsi ilə yemək yeyəndə normal qaşıqlarda olduğu kimi yemək dağılmır və bundan əziyyət çəkən insanlar özləri öz yeməyini yeyə bilir.

Bildiyim qədəriylə, Azərbaycanda satışı yoxdur. Əgər vaxtınız varsa, bunu maraqlana və bəlkə də həm insanlara, həm də özünüzə kömək ola bilərsiniz. (İnsanlara bu qaşığı tanıtmaqla, özünüzə isə müəyyən məbləğ qazanmaqla)
Rəsmi saytlarını bura yerləşdirirəm – https://www.liftware.com/



Musiqiçilər üçün xüsusi olaraq hazırlanan, fərqli ağıllı telefon, OP-S CONCEPT – https://bit.ly/2ArCHv9
519 views22:18
Aç / Yorum Yap
2020-06-11 01:53:28 Salam, Dostlar! Sizi çox gözlətdiyim üçün birbaşa günün məlumatlarına keçirəm Ümid edirəm, bildiriş səsi Sizi narahat etmədi


Dünyanın ən dəyərli brendi olan Apple-ın bazar dəyəri 1,5 trilyon dollara yüksəlib və bu rəqəmə çatan ilk Amerikan brendi olub.
Bu arada, bazar dəyərinin hesablanmasının asan yolu var. Hansı ki, Siz Apple hissələrinin qiymətinə və sayına baxırsınız, daha sonra isə onları bir-birinə vurursunuz Məsələn, Apple-ın hissə dəyəri 352$-dır və bazarda 4,3 milyard hissəsi var (milyardda 9 sıfır var)
Bununla yanaşı, onu da bildirim ki, 15 İyun Apple Park açılacaq deyə məlumat verilib. Buna baxmayaraq, əməkdaşlarının bir hissəsi hələ də evdən işləyəcək.
WWDC-in olacağı gün isə təsdiqlənib və xatırlatma üçün bildirim ki, bu ayın 22-i baş tutacaq.
WWDC nədir və normal şərtlərdə 1699$-a bilet alıb iştirak edə biləcəyiniz tədbirdə indi necə ödənişsiz iştirak bilərsiniz? cavabı – https://bit.ly/3c9LU9l


10 iyun, yəni bundan 3-4 saat əvvəl Nikola Tesla-nın doğulduğu gün idi. Bakıda Tesla heykəlini görənlər olubmu bilmirəm, amma mənim Bakıda sevdiyim heykəl olan ikinci yer oradır. Görməyən və xatırlamayanlar üçün – https://bit.ly/3dThpoH
Mövzumuz Elon Musk-ın Tesla-sıdır. Sözü uzatmadan bildirim ki, Tesla şirkəti bazar dəyərini 180 milyard edərək, illərin Toyota-sını ikinci sırada qoyub. İkinci sıradakı Toyota-nın bazar dəyəri isə 179 milyard dollardır. Yəni, milyardlar milyonlardan, onlar da sadə minlərdən yaranır.
Odur ki, ən pis ehtimalla, qazancınızın 10%-ni qırağa atın


Ən dəyərli 10 avtomobil şirkəti:
1. Tesla
2. Toyota
3. Volkswagen
4. Honda
5. Daimler
6. Ferrari
7. BMW
8. General Motors
9. SAIC
10. Ford


Bir müddət əvvəl TikTok-a rəqib gəldiyini və adının "Zynn" olduğunu bildirmişdim. Sürətlə böyüyən və insanlara pul paylayan tətbiq Google Play Store-dan qaldırılıb. Verilən məlumatda, səbəb kimi hər şeyi necə var elə də TikTok-dan köçürmələri göstərilib. Tətbiq App Store-da aktivdir amma Apple bu barədə arışdırma edir. Tətbiq bizim üçün aktual deyil



Google Meet-ə yeni funksiya əlavə ediləcək və bu funksiya ilə həm, Microsoft Teams, həm də Zoom geridə qalacaq. Təbii ki, onlar daha yaxşısını etməsə
Meet-in yeni funksiyası "Denoiser" adlanır və əsas özəlliyi danışıq əsnasında əsas səsdən başqa, kənar səslərin qarşı tərəfə ötürülməməsidir. Yəni, uşaqlı valideynlər, regionda ciddi danışıq edərkən xoruz banlaması ilə bütün ciddiyəti itirən insanlar üçün əla yenilikdir
483 views22:53
Aç / Yorum Yap