Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar

2022-07-26 22:07:30 GEELY COOLRAY S BY FAKHRI ASADOV - ASMR VIDEO!

Dostlar, avtomobil çəkilişlərinə start verdik. Bu dəfə ilk olaraq @asadovlife 'ın xüsusi yığdığı Geely Coolray'in ASMR formatında videosun hazırladıq.

Çalışdıq ki, yaxşı alınsın ancaq əlbəttə ki, hər növbəti dəfə daha da yaxşı edəcəyik.

Fikrinizi rəydə bildirə bilərsiniz ancaq nəzərə alın ki, ilk videomuzdu

BƏYƏNDİNİZ?!

VİDEO: https://vt.tiktok.com/ZSRFsPvya/?k=1

#geely #asmr #geelyazerbaijan #geelycoolray #coolrayazerbaycan #bmwazerbaijan #mercedesazerbaijan #azerbaijan #carsinbaku #luxurylifestyle #carlifestyle
90 viewsTariyel Aghazada, 19:07
Aç / Yorum Yap
2022-07-22 09:12:36
84 viewsTariyel Aghazada, 06:12
Aç / Yorum Yap
2022-07-09 20:36:32
MERCEDES W210 E55 AMG! - YOLLARDA SÜRMƏYƏ ÇƏKİNƏCƏYİNİZ AVTOMOBİL

Avtomobil 1998-2003 illər arası istehsal olunmuşdur. Model 5.5 litrlik V8 silindrli SOCH M113 mühərrikə sahibdir. 354 at gücünə malik olan bu mühərik 0/100km sürətlənməni 5.4 saniyə qət edir.

1999-cu ildə yenilənən avtomobilin daxilində və xaricində bir sıra dəyişikliklər olmuşdur. Həm komfortu, həm sürəti həmdə dözümlülüyü ilə W210 kuza Mercedes'in aləmə səs salan modellərindəndir.

Qeyd edək ki, BMW E39 ilə W210 kuza eyni sinifə daxildirlər.

BƏS SİZCƏ BMW E39 M5 YOXSA MERCEDES E55 AMG?
Seçimi sizlərə buraxırıq.

#mercedesazerbaijan #bmwazerbaijan #e55amg #e39m5 #baku #azerbaijan
82 viewsTariyel Aghazada, 17:36
Aç / Yorum Yap
2022-07-09 11:06:30
RƏQS EDƏN 200 000 AZN-LİK TESLA MODEL X PLAID
121 viewsTariyel Aghazada, 08:06
Aç / Yorum Yap
2022-07-02 17:20:45
123 viewsRashad Ismail, 14:20
Aç / Yorum Yap
2022-07-01 21:40:23
BMW ilk dəfə 2011’ci ildə Project i adı altında elektrik avtomobillərinə sərmayə qoyacağını açıqlamışdı. Bu təşəbbüslə birlikdə almaniyalı istehsalçının i3 və i8 modelləri satışa çıxarıldı və böyük tələb gördü. 2020’ci ildə istehsalı başa çatan sportiv i8’in ardından indi də növbə onun kiçik qardaşı i3’dədir.

Lakin, BMW elektrikli balacanı elə belə yola salmaq istəmədi. Belə ki, bavariyalı marka son olaraq 10 ədədlə məhdudlaşan i3s HomeRun Edition’ı təqdim edib. Çox xüsusi rəng seçimlərinə sahib olan avtomobilin salonunda yüksək keyfiyyətli dəri örtükləri təqdim edilir. Bundan əlavə, standart xüsusiyyətlər arasında yer alan Harman Kardon Stereo səs sistemi və elektrik şüşə dam avtomobilə fərqli atmosfer qatır.

Ətraflı: https://www.instagram.com/p/CfeuH3Jrwr9/?igshid=YmMyMTA2M2Y=
161 viewsRashad Ismail, 18:40
Aç / Yorum Yap
2022-07-01 10:35:06
Brabus son zamanlarda Mercedes imzası olmayan bəzi modellər üzərində işləyir. Almaniyalı şirkət bu dəfə isə ənənələrinə qayıdaraq növbəti Mercedes modeli üzərində işləyib. Yeni Mercedes C-Class modelinin sedan və station wagon versiyaları üçün nəzərdə tutulmuş təkmilləşdirmə paketi təkcə avtomobilin interyerində və eksteryerində deyil, həm də kapotun altında özünü göstərir.

Sedan versiyası üçün Brabus avtomobilin arxa hissəsini yerə yaxınlaşdırmaq və modelin daha çox idman üslüblu görünüşünü təmin etmək üçün baqaj qapağına kiçik spoyler əlavə edib. Hər iki modeldə qara rəngli, xromlanmış, 90 mm’lik egzoz çıxışları işlənmişdir.

C-Class sahibləri, arzu edərlərsə, orijinal disk-təkər kombinasiyasını Brabus tərəfindən hazırlanmış, ölçüsü 18-20 düym arasında dəyişən yeni disk-təkər kombinasiyası ilə əvəz edə bilərlər. Yeni təkərlər sedan və station wagon versiyalarını yerə hətta 1,2 düym daha da yaxınlaşdıran əlavələrlə istifadə edilə bilər.

Ətraflı: https://www.instagram.com/p/CfdgIN4reNS/?igshid=YmMyMTA2M2Y=
179 viewsRashad Ismail, 07:35
Aç / Yorum Yap
2022-06-14 10:15:43
Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanacaq.
Zavodda ilk dəfə olaraq bu ilin sentyabr ayından "ZX Avto" markasına aid pikapların yığılması planlaşdırılır. Avtomobilin hissələri əsasən Çindən gətiriləcək. Bir neçə ehtiyat hissəsinin Azərbaycanda da hazırlanması üçün isə, Çin şirkətinə müraciət edilib. İldə 300-400 "ZX Avto" pikapının yığılması planlaşdırılır.
Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsalına gəlincə, bildirib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik istehsal ediləcək marka təsdiqlənməyib. Elektromobil markası seçildikdən sonra ilkin olaraq 40-50 ədəd 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbek tipli elektromobilin yığılması planlaşdırılır.
O da bildirilib ki, Bakıda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.
Qeyd edək ki, bundan əvvəl Çin markası Lifan avtomobillərin yığılmasını həyata keçirən zavodda hal-hazırda isə yeni “FAW” modellərinin istehsalı aparılır.
89 viewsRashad Ismail, 07:15
Aç / Yorum Yap
2022-06-05 10:38:56
59 viewsRashad Ismail, 07:38
Aç / Yorum Yap
2022-06-05 10:38:52
BMW E39 M5
59 viewsRashad Ismail, 07:38
Aç / Yorum Yap