Get Mystery Box with random crypto!

Brabus son zamanlarda Mercedes imzası olmayan bəzi modellər üz | Car Lifestyle Baku⚙️

Brabus son zamanlarda Mercedes imzası olmayan bəzi modellər üzərində işləyir. Almaniyalı şirkət bu dəfə isə ənənələrinə qayıdaraq növbəti Mercedes modeli üzərində işləyib. Yeni Mercedes C-Class modelinin sedan və station wagon versiyaları üçün nəzərdə tutulmuş təkmilləşdirmə paketi təkcə avtomobilin interyerində və eksteryerində deyil, həm də kapotun altında özünü göstərir.

Sedan versiyası üçün Brabus avtomobilin arxa hissəsini yerə yaxınlaşdırmaq və modelin daha çox idman üslüblu görünüşünü təmin etmək üçün baqaj qapağına kiçik spoyler əlavə edib. Hər iki modeldə qara rəngli, xromlanmış, 90 mm’lik egzoz çıxışları işlənmişdir.

C-Class sahibləri, arzu edərlərsə, orijinal disk-təkər kombinasiyasını Brabus tərəfindən hazırlanmış, ölçüsü 18-20 düym arasında dəyişən yeni disk-təkər kombinasiyası ilə əvəz edə bilərlər. Yeni təkərlər sedan və station wagon versiyalarını yerə hətta 1,2 düym daha da yaxınlaşdıran əlavələrlə istifadə edilə bilər.

Ətraflı: https://www.instagram.com/p/CfdgIN4reNS/?igshid=YmMyMTA2M2Y=