Get Mystery Box with random crypto!

BMW ilk dəfə 2011’ci ildə Project i adı altında elektrik avtom | Car Lifestyle Baku⚙️

BMW ilk dəfə 2011’ci ildə Project i adı altında elektrik avtomobillərinə sərmayə qoyacağını açıqlamışdı. Bu təşəbbüslə birlikdə almaniyalı istehsalçının i3 və i8 modelləri satışa çıxarıldı və böyük tələb gördü. 2020’ci ildə istehsalı başa çatan sportiv i8’in ardından indi də növbə onun kiçik qardaşı i3’dədir.

Lakin, BMW elektrikli balacanı elə belə yola salmaq istəmədi. Belə ki, bavariyalı marka son olaraq 10 ədədlə məhdudlaşan i3s HomeRun Edition’ı təqdim edib. Çox xüsusi rəng seçimlərinə sahib olan avtomobilin salonunda yüksək keyfiyyətli dəri örtükləri təqdim edilir. Bundan əlavə, standart xüsusiyyətlər arasında yer alan Harman Kardon Stereo səs sistemi və elektrik şüşə dam avtomobilə fərqli atmosfer qatır.

Ətraflı: https://www.instagram.com/p/CfeuH3Jrwr9/?igshid=YmMyMTA2M2Y=