Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 10

2022-01-31 12:25:43
Sözügedən qəhrəman 12 yaşından bəri sürücülük vəsiqəsi olmadan avtomobil idarə edirmiş.

Bulwell Polis Depratmenti’nin (BPD) rəsmi sosial media hesabından paylaşılan hadisə olduqca diqqət çəkib. Belə ki, təsadüfən 83 yaşlı bir Mini One sürücüsünü saxlayan polis, onun sürücülük vəsiqəsinin olmadığını öyrənib. Yəni bu ahıl sürücü, nə az, nə çox, düz 71 ildir sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməsinə baxmayaraq, bir dəfə belə olsun polislərlə üz-üzə gəlməyib.

Ətraflı: https://www.instagram.com/p/CZXUceirPOl/?utm_medium=copy_link
39 viewsRashad Ismail, 09:25
Aç / Yorum Yap
2022-01-27 22:21:19
Volkswagen Passat, Amerika torpaqlarında yolun sonuna gəldi. Uzun müddətdir istehsaldan çıxarılacağı deyilən ikonik sedan, Volkswagen Amerikanın Chattanooga'da olan fabrikində sonuncu dəfə konveyrdən endirilib. 1974’cü ildən bəri eyni fabrikdə həyatına davam edən Passat, iki dəfə ad, 7 dəfə isə nəsil dəyişib.

Amerika'da ilk dəfə Dasher adı ilə satılan model, bir müddət Avropa'da əldə etdiyi uğuru ABŞ’da qazana bilməmişdi. 2012’ci ildə ABŞ üçün xüsusi bir Passat istehsal edən Volkswagen, bu model ilə birlikdə 100.000 bəndi aşan satış həyata keçirdi. Bugünə qədər ən çox satılan bu versiyadan sonra isə satışlar sürətlə azalmağa başladı. Passat, son ilində Amerikada sadəcə 24.398 ədəd satıldı.
İkonik sedanın bu cür yara almasının səbəbi isə 2014’cü ildə başlayan Dieselgate skandalı oldu.

Ətraflı: https://www.instagram.com/p/CZPo60wL7En/?utm_medium=copy_link
40 viewsRashad Ismail, 19:21
Aç / Yorum Yap
2022-01-27 22:19:59
BMW, üzərində kosmetik əməliyyat keçirdiyi M8 Competition ailəsini təqdim edib. Bundan sonra M8 Competition, Coupe, Convertible və Gran Coupe modelləri yeni avadanlıqları ilə qarşımıza çıxacaq.

Eksteryerində çox dəyişiklik yaşamayan modellər, artıq yeni opsiyalara sahibdir. Məsələn, alıcılar indi Skyscraper Grey, Brooklyn Grey və Isle of Man Green rəngləri ilə ala biləcəklər. Yalnız bu model ili üçün hazırlanmış klassik BMW Motorsport loqoları da, əlavə ödəniş müqabilində avtomobildə yer ala bilər.
İnteryerə daxil olanda isə M8 Competition ailəsinin nəhəng bir multimedia sisteminə sahib olduğunu görürük. Makiyajdan əvvəl 10,25 düym olan multimedia ekranı indi 12,3 düymdür. Oturacaqların başlıqlarındakı M8 loqoları da işıqlandırılıb.
Facelifted M8 Competition ailəsini indi M Carbon yarış oturacaqları ilə də almaq olar.

Ətraflı: https://www.instagram.com/p/CZPi-G8LKFi/?utm_medium=copy_link
39 viewsRashad Ismail, 19:19
Aç / Yorum Yap
2022-01-27 16:42:03
Brabus tuning komandası, 2020 Cenevre Avto Şou’sunda tanıdılan Adventure XLP'nin (yenidən duzayn edilmiş bir G 63 AMG) “super qara" versiyasını təqdim edib.

Bir pikapa çevrilən SUV, orijinalından 68,9 sm daha uzundur və yüksəldilmiş asqı sistemi sayəsində yerdən hündürlüyü 49 sm’ə çatıb. 22 düymlük nəhəng təkər diskləri, yolsuzluq şəraiti üçün ən yaxşısı olmasa da ən azından uyğun təkərlərlə təmin edilib.

Brabus 800 Adventure XLP Superblack, indi 800 at gücü və 1000 Nm fərlanma anı hasil edən 4.0 litrlik twin-turboşarjlı bir V8 tərəfindən dəstəklənir. Bu güc göstəricisi supet avtomobillər səviyyəsində olsa da, onun böyük həcmi ve ağırlığı nəzərə alınanda (2936 kg) göz önüne alındığında, Brabus 800 Adventure XLP’nı super avtomobillərlə müayisə etmək düzgün olmaz.
Sıfırdan yüzə sürətlənməsi 4,8 saniyə çəkən modelin maksimum sürəti 210 km / s'dir (yüksək ağırlıq merkezi və yolsuzluq təkərləri ilə elektronik olaraq məhdudlaşdırılıb).
34 viewsRashad Ismail, 13:42
Aç / Yorum Yap
2022-01-27 11:33:14
Bir müddətdir xüsusilə, Rusiya gündəminə bomba kimi düşən ikinci nəsil Lada Priora modeli barədə bizim də izləyicilərimiz məlumat verməyimizi istəyirdi. Beləliklə, konfiqurasiyadan asılı olaraq qiymətinin 2-3 milyon rubl aralığında olacağı deyilən Priora NFR.

Model haqqında bir çox detallar da var: uzunluq 4750 mm, eni 1873 mm, hündürlük 1400 mm, sürtünmə əmsalı Cx 0,26, ön müstəqil asqı, dizel və benzin mühərrik (hər ikisi 1,6l), tam ötürücü və s.

Hətta, yeni nəsil Priora’nın Toyota Camry və Kia K5 modeli ilə mübarizə apara biləcəyi deyilir.

Və ən əsası, bir çox nüfuzlu nəşrlərin bu avtomobil haqqında məlumatı dərc etməsinə baxmayaraq, xəbərlər saxtadır.

Ətraflı: https://www.instagram.com/p/CZOd_7mrDsb/?utm_medium=copy_link
52 viewsRashad Ismail, 08:33
Aç / Yorum Yap
2022-01-24 13:44:04
Arnold Schwarzenegger GMC Yukon avtomobili ilə qəza keçirib. Cümə günü günortadan sonra Kaliforniyanın Sunset və Allenford prospektlərinin kəsişməsində baş verən zəncirvari qəzada bir neçə avtomobil iştirak edib. Porsche Cayenne və Toyota Prius kimi modellərin də olduğu qəzanın Schwarzenegger-in evindən 1,5 km aralıda olduğu bildirilib.
ABC News xəbər verir ki, avtomobilin sükanı arxasında aktyorun olub-olmaması məlum deyil. Bundan əlavə, hadisəni törədən şəxsin spirtli içki və narkotik maddənin təsiri altında olmadığı bildirilib. Yəni qəza nəticəsində heç kim həbs olunmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəza döyüş filmi səhnəsi kimi olub. Təbii ki, hadisədə Schwarzeneggerin olması məsələnin dozasını bir az da artırmış ola bilər.

Ətraflı: https://www.instagram.com/p/CZGvnAwrvoc/?utm_medium=copy_link
19 viewsRashad Ismail, 10:44
Aç / Yorum Yap
2022-01-23 21:32:16
93 viewsRashad Ismail, 18:32
Aç / Yorum Yap
2022-01-23 21:26:52
93 viewsRashad Ismail, 18:26
Aç / Yorum Yap
2022-01-16 22:24:12
2022 Toyota Land Crusier LC300 crash test
40 viewsRashad Ismail, 19:24
Aç / Yorum Yap
2022-01-14 18:44:25
31 viewsRashad Ismail, 15:44
Aç / Yorum Yap