Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 20

2021-06-24 22:05:42
Logo bir markanın ən vacib hissəsidir. Xüsusi bir marağımız olmasa da, bir çox fərqli sektordan şirkətləri istifadə etdikləri emblemlərdən tanıyırıq. Məsələn, demək olar ki, hər kəs McDonald's loqosunu görəndə bunun nə olduğunu başa düşür. Eynilə, hazırda Huawei və Oppo kimi öz elektrikli avtomobilini inkişaf etdirmək istəyən Apple logosunu bilməyən yoxdur. “Qanadlandıran” Red Bull da, bir çox sektorda yer aldığı üçün şüurumuza həkk edilib.

Əlbəttə ki, avtomobillər üçün də vəziyyət fərqli deyil. Loqotiplərlə avtomobil istehsalçıları insanların şüurunda özlərinə yer tapırlar. Ancaq sürətlə dəyişən dünyada bəzən kimlik dəyişikliyinə də ehtiyac yarana bilir.

Xüsusilə, #Dieselgate skandalından sonra ətraf mühitin təhlükəsizliyi məsələsinin ön plana çəkilməsi ilə avtomobil sektoru sürətli bir "elektrikləşmə" və "rəqəmsallaşma" dalğasına qapıldı.

Ətraflı: https://www.instagram.com/p/CQg4Zq9rUlQ/?utm_medium=copy_link
128 viewsRashad Ismail, 19:05
Aç / Yorum Yap
2021-06-23 22:22:41
Lamborghini yoxsa Porsche?

ala bilməsək də bir anlıq ala bilirmiş kimi düşünək və linkə girərək səs verək

https://instagram.com/stories/carlifestyle.baku/2602615306202131321?utm_medium=copy_link
127 viewsRashad Ismail, 19:22
Aç / Yorum Yap
2021-06-23 21:49:48
Rusiyanın GAZ şirkəti Türkiyənin Sakarya vilayətindəki montaj xəttində Euro 6 Cummins 2.8L (170 hp) mühərrikli yeni GAZelle NN modelinin kütləvi istehsalına başlayıb. Şirkət ilk olaraq 3,5 tonluq daşıma qabiliyyətinə sahib tək kabinəli (1 + 2) uzun şassili versiyanı təqdim edir. Yeni kommersiya avtomobili Türkiyədəki GAZ dilerlərində artıq satışa çıxarılıb.

GAZelle NN gələcək nəsil GAZ avtomobillərinin əsasını təşkil edəcəkd. Çox yönlü, etibarlı və ucuz GAZ ticarət avtomobillərinin yeni modelləri və versiyaları artıq bu platformada hazırlanacaq.
Türkiyədə satışa təqdim ediləcək ilk versiyalar 3.5 ton tutumlu, 3745 mm təkər bazalı və uzun gövdəli, 3 yerlik yük avtomobilləri və yerli təchizatçıların dəstəyi ilə fərqli üst quruluş variantlarına sahib olacaq.

Ətraflı: https://www.instagram.com/p/CQeSqf9rPkT/?utm_medium=copy_link
127 viewsRashad Ismail, 18:49
Aç / Yorum Yap
2021-06-23 15:20:31
Stellantis, Alfa Romeo’nu yenidən diriltmək üçün vacib addımlar atmağa davam edir. Daha öncə markanın rəhbərliyinə sektorun təcrübəli adlardan biri olan Jean-Philippe Imparato'nu gətirən şirkət indi də yeni dizayn rəhbəri təyin edib.

Volkswagen’in törəmə şirkəti SEAT’ın istehsal etdiyi məşhur modellərin əksəriyyətindən məsul olan Alejandro Mesonero-Romanos artıq Alfa Romeo’da işə başlayacaq. Mesonero-Romanos Alfa'nın dizayn müdiri olacaq.

Qeyd edək ki, Mesonero-Romanos, SEAT’a qatılmazdan əvvəl ikinci nəsil Renault Lagunanın dizaynında əsas rol oynamışdı. Alfa-Romeo’ya görə, "öz üslubu ilə markaya bir intibah dövrü gətirən" Mesonero-Romanos, SEAT’a 2011’ci ildə qatıldı. Son illərdə Cupra Tavascan və Formentor kimi önəmli modellərin altına imza atan yeni menecer, son ilini isə Dacia'da keçirdi.
125 viewsRashad Ismail, 12:20
Aç / Yorum Yap
2021-06-23 11:39:01
Alman modifikasiya şirkəti TechArt, 640 at gücündə olan Porsche 911 Turbo S üzərində hazırladığı yeni avtomobilini təqdim edib. Şirkət "TechArt GTstreet R" adlandırdığı bu modifikasiyalı modeli 700 və 800 at gücünə sahib iki fərqli versiyada təqdim edəcəyini açıqlayıb. 800 at gücündə olan versiyanın 950 Nm’lik bir fırlanma anı göstəricisi var.

Avtomobilin bu gücü və fırlanma anı artımı təkmilləşdirilmiş turboşarj qurğuları və eqzoz sistemi, eləcə də proqram təminatı (ECU) dəyişiklikləri sayəsində mümkün olub. TechArt şirkəti avtomobilin sürətlənmə dəyərini göstərmir, lakin maksimum sürətinin 350 km / saat olduğu bildirilir. Bu, avtomobilin standart dəyərindən təxminən 20 km/s çoxdur.
Avtomobilin mühərrik və performans təkmilləşdirmələrinə əlavə olaraq TechArt, iki ədəd inkişaf etdirilmiş asqı sistemi təklif etdiyini də açıqlayıb.

Ətraflı: https://www.instagram.com/p/CQdJ_hSrsD5/?utm_medium=copy_link
118 viewsRashad Ismail, 08:39
Aç / Yorum Yap
2021-06-22 14:08:08
Instagram səhifəmizin story bölümündə bu iki model arasında qızğın mübarizə gedir Sən də linkə daxil ol və səs ver: Sonata yoxsa Optima

keçid linki: https://instagram.com/stories/carlifestyle.baku/2601552387829010829?utm_medium=copy_link
124 viewsRashad Ismail, 11:08
Aç / Yorum Yap
2021-06-22 11:11:02
2021 model Cadillac Escalade’dən dünyaya baxış
134 viewsRashad Ismail, 08:11
Aç / Yorum Yap
2021-06-21 22:16:44
Əsaslı şəkildə təkmilləşdirilmiş ofrouder səkkizsilindrli biturbomühərrik ilə təchiz olunub.
Brabus mühəndisləri G63 modelinin 4,0-litrlik mühərrikinin həcmini 4,5 litrə qədər artırıblar, sürgü qolu, porşenləri dəyişdiriblər və dirsəkli valı yenidən yonaraq tarazlaşdırıblar. Ofrouder yeni turbokompressorlara, iki yanacaq nasosuna, daunpaypa və idarəetmə blokunun xüsusi proqram təminatına sahib olub.
Bütün dəyişikliklərdən sonra, mühərrikin gücü 900 at gücü və 1250 Nm fırlanma anı təşkil edir. Bu güc təkərlərə doqquz pilləli avtomatik transmissiya və tam ötürmə sistemi vasitəsilə ötürülür. Brabus 900 Rocket Edition 0-100 km/saata qədər 3,7 saniyəyə sürətlənir. “Roketin” maksimal sürəti isə 280 km/saatdır.

Ətraflı: https://www.instagram.com/p/CQZKFIzrUAb/?utm_medium=copy_link
126 viewsRashad Ismail, 19:16
Aç / Yorum Yap
2021-06-21 11:17:35
BMW M3 yoxsa Mercedes 190 EVO?

linkə daxil olaraq səs verin : https://instagram.com/stories/carlifestyle.baku/2600305256859181531?utm_medium=copy_link
123 viewsRashad Ismail, 08:17
Aç / Yorum Yap
2021-06-19 13:15:48
Filippinli bir avtomobil salonu, avtomobillərin gömrük rüsumlarını daha az ödəmək üçün müxtəlif yollara əl atıb. Məsələn, videoda gördüyünüz McLaren 620R, sənədlərdə bir Porsche Cayman olaraq göstərilib. Yəni sözügedən avto salon sənədlərdə saxtakarlıq və vergidən yayınma hallarına yol verib.

Ardından hərəkətə keçən Filippin hökuməti, ölkəyə qeyri-qanuni yollarla giriş edən bu super və lyuks avtomobillərə əl qoyub, sonra isə onları bir bir parçalayıb. Bu prosesin videosu da məsul bir qurum tərəfindən Facebook üzərində paylaşılıb.

İlleqal şəkildə 2018 və 2020’ci illər arasında ölkəyə gətirilən o avtomobillərə baxdıqda isə McLaren 620R, 2007 Bentley Continental Flying Spur, Porsche 911 C2S, Hyundai Genesis, Toyota Solara və bir neçə digər avtomobili görürük. Bu avtomobillərin ümumi dəyərinin isə 2 milyon manat civarında olduğunu deyə bilərik.

Ətraflı: https://www.instagram.com/p/CQSu9meH8uT/?utm_medium=copy_link
160 viewsRashad Ismail, 10:15
Aç / Yorum Yap