Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 4

2022-05-22 19:28:05
Rolls-Royce, Concorso d'Eleganza Villa d'Este'də, Boat Tail modelinin ikincisini nümayiş etdirib. İlk modeli keçən il təqdim edilən xüsusi dizaynlı Boat Tail Cabrio, 28 milyon $ olaraq təxmin edilən qiyməti ilə bütün zamanların ən bahalı Rolls-Royce modeli olmuşdu.

Rolls-Royce'un lyuks qolu Coachbuild tərəfindən hazırlanan üç avtomobillik seriyanın ikincisi olan yeni model, bir müştəri tərəfindən babasına və ailə irsinə hörmət əlaməti olaraq hazırlanıb. Sədəfdən ilhamlanmış unikal eksteryer və interyer detalları ilə işlənən Boat Tail, həmçinin 20’ci əsrin əvvəllərindəki yarış yaxtalarından ilhamlanaraq fərqli konturlar yaratmaq üçün böyük, tək alüminium təbəqələrdən ibarət formalı bədən panelləri ilə tamamilə əl işi..

Ətraflı: https://www.instagram.com/p/Cd2feKXspot/?igshid=YmMyMTA2M2Y=
65 viewsRashad Ismail, 16:28
Aç / Yorum Yap
2022-05-21 21:26:07
BMW, yeni M4 CSL'dən cəmi 1.000 ədəd istehsal etməyi planlaşdırır. Bu yeni gözəllik, indiyə qədər BMW’nin Nürburgring'in Nordschleife trekdində boy göstərən ən sürətli kütləvi istehsal modeli oldu. Belə ki, M4 CSL bir turu tamamlamaq üçün cəmi 7 dəqiqə 20 saniyə vaxt sərf edib.

BMW M4 CSL, markanın twin-turbo 3.0 litrlik sıralı altı mühərrikini istifadə edir. M4 Competition ilə müqayisədə 40 at gücü daha güclü olan bu mühərrik 548 at gücü və 649 Nm fırlanma anı hasil edir. 

BMW, Drivelogic özəllikli səkkiz pilləli M Steptronic transmissiya vasitəsilə CSL'in gücünü arxa təkərlərə ötürərək onu güclü bir canavara dönüşdürür.

Ətraflı: https://www.instagram.com/p/Cd1GnAfrvra/?igshid=YmMyMTA2M2Y=
59 viewsRashad Ismail, 18:26
Aç / Yorum Yap
2022-05-20 21:44:14
Brabus atelyesi, bu il nəzərəçarpacaq dərəcədə aktivləşib. Şirkət son zamanlarda 1300 R stritfayteri, 900 at gücünə malik Mercedes-Maybach GLS krossoveri, bir cüt Mercury Marine 450R yarış mühərriki olan Shadow 900 Deep Blue Signature Edition qayığı və atelyenin özünün hazırladığı şassidə inşa olunmuş ilk Brabus avtomobili - Crawler baggisini təqdim edib. Dünən və bu gün haqqında paylaşım etdiyimiz ilk Brabus məhsulu olan Porsche və Rolls-royce modellərindən iki gün öncə isə şirkət 900 XLP One of Ten kolleksiya pikapını təqdim edib. Biz isə Brabus’un Mercedes modellərindən uzaqlaşdığını düşünən izləyicilərimizin xətrinə, atelye haqqında xəbər seriyamızı yenə də, Mercedes modeli ilə bitirməyə qərar verdik
Beləliklə, cəmi 10 nüsxə ilə məhdudlaşacaq olan xüsusi pikap, 900 at gücü və 1250 Nm fırlanma anına malik səkkizsilindrli Brabus Rocket 900 mühərriki ilə təchiz edilib.

Ətraflı: https://www.instagram.com/p/Cdykek3LK9S/?igshid=YmMyMTA2M2Y=
52 viewsRashad Ismail, 18:44
Aç / Yorum Yap
2022-05-19 11:46:16
SUV və krossover çılğınlığının trend olduğu hazırki dövrdə, hələ də dördqapılı ənənəvi modellərə dörd qolla sarılan markalardan biri də, BMW’dir.

Məhsul çeşidinin bəlkə də ən önəmli məhsullarından biri olan 3 Series modelini bir müddət əvvəl estetik əməliyyatdan keçirməyə başlayan bavariyalı marka, nəhayət yenilənmiş modelin örtüyünü qaldırdı. Yenilənmiş dizaynı və bol yeni texnologiyası ilə qarşımıza çıxan sedan model, səhnəyə Touring qardaşı ilə birlikdə çıxıb.
Eksteryerində, mövcud BMW modellərinin yaşadığı dəyişikliyə bənzər bir dəyişiklik yaşayan 3 Series, "inqilabi" yeniliklərə yiyələnməyib. Yenə də ön barmaqlığını bir az böyüdən model, yeni LED ön fənər dəsti ilə də diqqət çəkir.

Makiyaj əməliyyatının şiddəti arxa tərəfdə, gücünü itirir. Stop dəsti daha incə görünən makiyajlı 3 Series, "L" formalı stop dəstini qoruyub saxlayıb. Bu hissədəki reflektorlar şaquli olaraq yerləşdirilərək, bu "L" dizaynını gücləndirməyə imkan verir.

Ətraflı: https://www.instagram.com/p/Cduv5Vestgi/?igshid=YmMyMTA2M2Y=
80 viewsRashad Ismail, 08:46
Aç / Yorum Yap
2022-05-19 08:55:57
____________________________________
94 viewsRashad Ismail, 05:55
Aç / Yorum Yap
2022-05-18 10:41:20
_____________________________________
33 viewsRashad Ismail, edited  07:41
Aç / Yorum Yap
2022-05-17 21:52:21
Avtomobil dünyasının klassik və xüsusi modellərinə hərraclarda böyük pullar ödənilir. Son iddialara görə isə gizli keçirilən bir satışla 1956 model Mercedes-Benz 300 SLR Uhlenhaut Coupe adlı avtomobil tarixin ən bahalı modeli oldu.

Sığorta şirkəti Hagerty'nin xəbərinə görə Ştutqart'dakı Mercedes-Benz muzeyində baş tutan hərraca, dünyanın dörd bir tərəfindən dəvət edilən kolleksiyonerlər xüsusi təyyarələrlə gətiriliblər.

İddialara görə, sadəcə iki ədəd istehsal edilən 1956 model Mercedes-Benz 300 SLR Uhlenhaut Coupe, hərracda 142 milyon dollara satıldı.

Ətraflı: https://www.instagram.com/p/Cdq0_KFMUtW/?igshid=YmMyMTA2M2Y=
30 viewsRashad Ismail, 18:52
Aç / Yorum Yap
2022-05-16 22:10:12
Son illər Azərbaycan bazarında Çin avtomobil brendləri alıcılarını təəccübləndirməyi bacarırlar.

Çin istehsalı olan hər yeni model keyfiyyət və dizayn cəhətdən, nəinki seqment üzrə rəqiblərinə, hətta premium avtomobillərə də meydan oxumağa qadirdilər.

Üç Bucaq layihəsinin də növbəti buraxılışında FAW Bestune T77, Haval H6, və Changan Uni-T avtomobilləri sınaqdan keçirildi. Aparıcılar Çin hegomonlarından rəqib olanları deyil, ən bəyəndikləri modeli seçib, onların bütün göstəricilərini sınaqdan keçirtmək üçün Qobustan rayonuna yola düşdülər.

Ətraflı: https://www.instagram.com/p/CdoQhksr2sy/?igshid=YmMyMTA2M2Y=
35 viewsRashad Ismail, 19:10
Aç / Yorum Yap
2022-05-16 10:19:39
Artıq bildiyimiz kimi, BMW 7-Series flaqman sedanının yeni nəsli tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn BMW i7 versiyasına malikdir. Daxili yanma mühərrikindən məhrum edilmiş sedan tamamilə səssiz olmamalıdır, buna görə də, alman istehsalçısının sifarişi ilə, onun üçün xüsusi səs fonu hazırlanıb. Üstəlik, bu iş BMW şirkətinin mühəndislərinə deyil, Oskar mükafatı laureatı bəstəkar Hans Zimmerə həvalə edilib.

Linkə daxil olaraq səsləri tam dinləyə bilərsiniz:



Ətraflı: https://www.instagram.com/p/CdnDPqLsk_F/?igshid=YmMyMTA2M2Y=
95 viewsRashad Ismail, edited  07:19
Aç / Yorum Yap
2022-05-15 21:25:33
Cadillac, Escalade modelinin ən güclü versiyasını təqdim edib. Amerikalı istehsalçı flaqman modelinə, bu günə qədər sedan, universal və kupe modellərinə tətbiq etdiyi V mosifikasiyasını bəxş edib.

Kapotun altında LT4 seriyasından olan 6,2 litrlik kompressorlu V8 mühərriki var. Qeyd edim ki, sözügedən mühərrik əl ilə yığılır və indiyədək yalnız Chevrolet Camaro ZL1 və Cadillac CT5-V Blackwing modellərində quraşdırılıb.
Mühərrikin Escalade üçün xüsusi hazırlanan və 691 at gücü, 885 Nm fırlanma anına malik versiyası, gücləndirilmiş 10 pilləli avtomat transmissiya ilə birləşdirilib.
62 viewsRashad Ismail, 18:25
Aç / Yorum Yap