Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 8

2022-02-26 22:01:13
81 viewsRashad Ismail, 19:01
Aç / Yorum Yap
2022-02-26 21:03:54
Mercedes-Benz’in W201 və W124 modelləri dünyanın neft böhranı yaşadığı bir dövrdə demək olar ki, şirkəti batmaqdan xilas etmişdi. Bu avtomobillər, dizayn baxımından da demək olar ki, günümüzün bütün sedan modellərinə rəhbərlik etdilər.

Mercedes W124, bucaqlı dizayn xəttlərinə baxmayaraq 0,26’lıq hava sürtünmə əmsalına sahib idi. Bu da, avtomobili bu gün də mükəmməl sayılan olduqca aerodinamik bir avtomobil halına gətirirdi.

Mercedes W124; 4, 5 və 6 silindrli mühərriklərlə gələn sedan idi. Lakin, Lexus’un ABŞ’a LS adlı lyuks sedan modeli ilə, həm də rəqiblərinin demək olar ki, yarı qiymətinə və güclü bir V8 mühərriki ilə girişi Mercedes’i də hərəkətə keçirdi. Şirkət, hər nə qədər neft böhranı dövründə inkişaf etdirilmiş bir model olsa da, W124’ə bir V8 mühərrik seçimi əlavə etmək qərarına gəldi. Lakin, bir problem var idi.

Ətraflı: https://www.instagram.com/p/CacyqSXriub/?utm_medium=copy_link

Porsche YouTube kanalı:

118 viewsRashad Ismail, 18:03
Aç / Yorum Yap
2022-02-24 10:41:11
Nyu-York yerli hökuməti yüksək səsli avtomobillərlə ciddi mübarizə aparır. Bundan sonra “dünya paytaxtı”nın küçələrində səsi aşkar edən kameralar quraşdırılacaq. Belə ki, avtomobilləri yüksək səslə hərəkət etdirən sürücülərə əvvəlcə xəbərdarlıq ediləcək, təkrarlandığı halda isə cərimə olunacaqlar. Slaydın ikinci fotosunda gördüyünüz cərimə kağızı sözügedən sistemdən gələn cərimə protokolunun eynisidir. Yəni, Nyu-York rəhbərliyi artıq bu sistemi təsdiqləyib.

Car and Driver tərəfindən yayımlanan bu Facebook paylaşımında nyuyorklu bir BMW M3 istifadəçisinə gələn cəriməni görürük. Cərimədə nəqliyyat vasitəsinin səs qaydalarına riayət etmədiyi və sürücünün tez bir zamanda avtomobilini texniki baxışa aparmalı olduğu bildirilib. Bununla belə, sürücü 875$ məbləğində cərimə edilib.

Ətraflı: https://www.instagram.com/p/CaWdytArRKe/?utm_medium=copy_link
74 viewsRashad Ismail, 07:41
Aç / Yorum Yap
2022-02-23 22:03:28
shl0ms şərti adlı rəqəmsal sənətçi kripto valyutanı protest göstəricisi olaraq Lamborghini Huracan avtomobilini partladıb.
The Block’a üzü qapalı şəkildə online müsahibə verən sənətçi bu hərəkətinin məqsədini izah edib. O kriptovalyuta ilə sürətli şəkildə zəngin olmaq mədəniyyətini protest etdiyini açıqlayıb. Bildirib ki, özü kripto valyuta əvəzinə partladılan Huracan’ın kömürləşmiş 999 hissəsini NFT’yə çevirərək hərrac yolu ilə satışa çıxaracaq.

Qeyd edim ki, əsl adı və siması gizli qalan shl0ms, Lamborghini’ni 250.000$ ödəyərək alıb.

Ətraflı: https://www.instagram.com/tv/CaVFL3EOKBC/?utm_medium=copy_link
16 viewsRashad Ismail, 19:03
Aç / Yorum Yap
2022-02-19 22:11:03
Hər il dünyanın müxtəlif ölkələrində müxtəlif avtomobil yarışmaları, müsabiqələri keçirilir. Regional kateqoriyalara əlavə olaraq, bu yarışların bölündüyü bir neçə başqa meyarlar da var. Bunlardan birində isə münsiflər heyəti sadəcə qadınlardan ibarətdir. Və bu xanımlar, 2022’ci ilin ən yaxşı avtomobillərini seçiblər. Söhbət, böyük ehtimalla, çoxunuzun adını ilk dəfə eşitdiyi Women’s World Car of the Year müsabiqəsindən gedir. 2009’cu ildən keçirilən müsabiqədə, seçilən altı model 6 kateqoriya üzrə qalib olub: “təhlükəsizlik, sürüş həzzi və rahatlıq, texnologiya və dizayn, eləcə də ətraf mühitə təsir və dəyərinin qarşılığı”.

Bu il 12’cisi keçirilən müsabiqə üçün 40 ölkədən olan 56 qadın avtomobil jurnalisti 2021’ci ilin 12 ayı ərzində 65 namizədi gözdən keçirib. Xanımlar 6 kateqoriya üzrə seçilən altı qalib avtomobil arasından isə cəmi birini İlin Ən Yaxşı Avtomobili elan edəcəklər.

Ətrafı: https://www.instagram.com/p/CaIQFf4rU6Q/?utm_medium=copy_link
65 viewsRashad Ismail, 19:11
Aç / Yorum Yap
2022-02-19 21:02:09
Bir neçə il əvvəl Mercedes-AMG’nin elektrikli modellər istehsal edəcəyini desələr inanmazdıq. Amma bu artıq reallaşıb. Mercedes-AMG ailəsinin ən yeni üzvü EQE. 687 at gücü hasil edə bilən AMG loqolu EV, qoşa elektrik mühərriki ilə asfaltı “sakitcə” ağladacaq.
AMG ilə gələn dəyişikliklərin başında standart olaraq təklif ediləcək 4Matic+ sistemi var. Standart versiyasında 626 at gücü və 950 Nm fırlanma anı hasil edə bilən iki mühərrik Dynamic Plus paketi ilə birlikdə 687 at gücü və 1001 Nm fırlanma anına çata bilir. Ancaq qeyd etmək lazımdır ki, bu nəticə yüksək güclü boost rejimində keçərlidir.
EQE, bu sayədə 0-100 km/saat sürətlənməni 3,3 saniyədə tamamlaya biləcək. 90,6 kVt-saat batareyaya sahib olan model, boost rejimi olmadan da kifayət qədər iddialı göstəricilərə malikdir. Avtomobilin maksimal sürəti 220 km/saatla məhdudlaşdırılıb. Dynamic Plus paketində isə bu sürət 240 km/saata çatır.

Ətraflı: https://www.instagram.com/p/CaFouV9Lh3r/?utm_medium=copy_link
89 viewsRashad Ismail, 18:02
Aç / Yorum Yap
2022-02-17 12:58:14
W116 və W126’dan sonra premium seqmentdə ən əsaslı dəyişiklik keçirən və könlüllərdə taxt quran W140, mənim kimi bir çoxları üçün əvəzolunmaz bir avtomobildir. Yadımdadır, 90’cı illərin sonlarında avto elanlar yayımlayan bir qəzet çıxırdı. Adını yadıma sala bilmirəm. Daewoo’ların bazarda at oynatdığı zamanlar idi. Ah Espero...
İlk dəfə o qəzetdə W140’ın qiymətini 120.000$ olaraq görmüşdüm və bu, həyatımda gördüyüm ilk ən bahalı avtomobil idi mənim üçün.

Əlbəttə, W140 dedikdə ağıla ilk gələn, bu şah əsərin müəllifi Bruno Sacco olur. Təbii ki, modelin 1985’ci ildə başlayan dizayn periodunda önəmli yeri olan Oliver Boulay’ı da unutmaq olmaz.

Bu gün söhbətimiz isə, W140’ın sözün əsl mənasında ölü doğulan bir versiyası barədə olacaq. Ürəyi 8.0 litrlik bir W18’lə döyünən amma heç vaxt reallaşmayan Mercedes-Benz 800 SEL.
Əzəli rəqib BMW'nin E32’ni W16 ilə test etməsinə cavab üçün hər şey planlamışdı. Lakin, bütün plan kağız üzərində qaldı.

Ətraflı: https://www.instagram.com/p/CaB7zBSrKhn/?utm_medium=copy_link
48 viewsRashad Ismail, 09:58
Aç / Yorum Yap
2022-02-14 21:25:50
Granta, Largus və XRAY’dən sonra mikroçip çatışmazlığının növbəti qurbanı Niva oldu.

Belə ki, fevralın 7’dən etibarən konveyerdən çıxan bütün Niva Legend avtomobillərində artıq ERA-GLONASS elektron blokları və təhlükəsizlik yastıqları yoxdur.
Buna səbəb Çindən gələn elektron komponentlərin çatışmazlığıdır.

Səlahiyyətli dilerdən bu cür avtomobil alan zaman müştəri ilə, modulların olmamasını və nə vaxtsa quraşdırmaq öhdəliyini təsdiqləyən əlavə müqavilə bağlanacaqdır. Müqavilədə sürücünün modullar olmadığı müddətdə qəzaya düşməmək və təcili yardıma ehtiyac duymamaq öhdəliyi götürüb-göstərməməsi barədə məlumat verilmir.

Qeyd edim ki, məlumatlı mənbənin sözlərinə görə, Granta ailəsi oktyabrın sonuna qədər, Largus və XRAY isə 2021’ci ilin dekabr ayının sonuna qədər ERA-GLONASS bloklarından məhrum edilib.

Ətraflı: https://www.instagram.com/p/CZ96D-GL-qp/?utm_medium=copy_link
44 viewsRashad Ismail, 18:25
Aç / Yorum Yap
2022-02-13 21:45:02
JDM sevərlər üçün bazar günü hədiyyəsi :)
70 viewsRashad Ismail, 18:45
Aç / Yorum Yap
2022-02-12 21:52:37
250.000 avroluq Aston Martin’in DB11’in bir qum yığını üzərindəki həyat mübarizəsini izləyin
46 viewsRashad Ismail, 18:52
Aç / Yorum Yap