Get Mystery Box with random crypto!

Car Lifestyle Baku⚙️

Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️ C
Telgraf kanalının logosu carlifestylebaku — Car Lifestyle Baku⚙️
Kanal adresi: @carlifestylebaku
Kategoriler: otomobiller
Dilim: Türk
aboneler: 595
Kanaldan açıklama

Online Avtomobil Jurnalı

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar 9

2022-02-10 21:05:29
Orta ölçülü sedan bazarı artıq bir neçə ildir düşüş yaşayır. Hətta, bəzi istehsalçılar bu seqmentdən birdəfəlik qurtulmağa çalışır. İş o yerə çatıb ki, artıq seqmentin Honda Accord və Toyota Camry kimi göz bəbəkləri də satış rəqəmlərində ürək açan nəticələrə nail ola bilmir. Bu gedişat bir müddət əvvəl, ölkəmizdə də son illər məşhurlaşan Ford Fusion modelinin sonunu gətirdi. Bəs bütün bunların fonunda Chevrolet Malibu’nun vəziyyəti nə yerdədir?

Cars Direct'in məlumatına görə artıq Malibu’nun da gələcəyi qeyri-müəyyən görünür. Belə ki, Chevrolet artıq Malibu üçün sifariş qəbul etmir. Şirkətin sözcüsü Kevin Kelly bu həftə web səhifəsindən verdiyi açıqlamada, "Malibu ilə bağlı 2022 model ili üçün yetərincə sifariş aldığımız üçün artıq sifariş qəbul etmirik" deyib. Bu, modelin istehsalının dayandırılacağı barədə nə təsdiq, nə də təkzib deyil.

Ətraflı: https://www.instagram.com/p/CZzlKIRAMUF/?utm_medium=copy_link
61 viewsRashad Ismail, 18:05
Aç / Yorum Yap
2022-02-09 22:02:59
36 viewsRashad Ismail, 19:02
Aç / Yorum Yap
2022-02-09 10:19:18
60 viewsRashad Ismail, 07:19
Aç / Yorum Yap
2022-02-08 21:27:11
Nissan, daxili yanma mühərriklərinin inkişafını dayandıran ilk böyük yapon istehsalçı olacaq. Dünyanın ən böyük maliyyə qəzetlərindən biri olan Nikkei’in iddialarına görə, marka bundan sonra elektrik avtomobil strategiyasına üstünlük verəcək. Bu planlaşdırmanın yeganə istisnası isə ABŞ olacaq. Nissan yalnız ABŞ üçün daxili yanma mühərrikləri istehsal etməyə davam edəcək.

Nikkei’in iddialarına görə, Nissan artıq daxili yanma mühərriklərinin istehsalını dayandırıb. Gözlənilən Avro 7 emissiya məhdudiyyətlərinə hazırlaşmağa başlayan yapon istehsalçı, bu qərarla birlikdə resursların idarə edilməsinidə həyata keçirəcək. Yeni nəsil dizel və benzin mühərriklərinin istehsalının əksinə olaraq, bütün resurslar elektrik modellərinə yönəldiləcək.

Ətraflı: https://www.instagram.com/p/CZuW2oGrTkU/?utm_medium=copy_link
119 viewsRashad Ismail, 18:27
Aç / Yorum Yap
2022-02-08 16:31:25
42 viewsRashad Ismail, 13:31
Aç / Yorum Yap
2022-02-08 12:59:38
Porsche Taycan həyata gözlərini yeni açdığı zamanlarda Turbo S versiyası ilə birlikdə bazarda ən sürətli və ən güclü EV olması ilə böyük qürur hissi keçirirdi. Aradan iki il keçdi və əlbəttə ki, hər şey əvvəlki kimi gənc və güclü deyil. Çünki LucidAir, -Dream Edition- öz gücü ilə Taycan’ın şöhrətinə son qoydu.

Lucid Air Dream Edition, ümumilikdə 1135 at gücü və 1389 Nm fırlanma anı hasil edə bilən bir cüt elektrik mühərrikinə malikdir. Başqa sözlə, 0-dan 100 km/saata təxminən 2,4 saniyəyə çata bilir. Ümumilikdə 768 at gücü və 1050 Nm fırlanma anına malik Porsche Taycan Turbo S isə eyni sürətlənməni 2,6-2,7 saniyəyə əldə edir. Burada onu da qeyd edim ki, Lucid Air 70 kq daha ağırdır.

İzlədiyiniz drag yarışı Drag Times adlı YouTube kanalı tərəfindən həyata keçirilib. İlk yarış üçün aydın bir Lucid Air üstünlüyü görsək də, ikinci yarışa Taycan daha inamlı başladı. Lakin, bu vəziyyəti davam etdirə bilmədi və hesab 2-0.

Ətraflı: https://www.instagram.com/p/CZtSN74rh-I/?utm_medium=copy_link
83 viewsRashad Ismail, 09:59
Aç / Yorum Yap
2022-02-06 21:34:01
Bir neçə gün əvvəl Ural’dan (Rusiya) olan Yevgeni Novokşonov özünə məxsus VAZ2106 avtomobili ilə drift üzrə yeni dünya rekordu qırıb. Yarışçı 17 saat 34 dəqiqə ərzində Çelyabinsk vilayətindəki donmuş Kaldı gölü üzərində drift edib. Ümumilikdə o, 440 km yol qət edib.
Yevgeni səhər tezdən başladığı drifri gecə gec saatlara qədər davam etdirib. Bütün bu müddət ərzində dostları YouTube’da canlı yayım ediedilər. Qeyd edək ki, bundan əvvəlki rekord 2018’ci ildə qeydə alınmışdı. BMW Performans Sürücülük Məktəbinin təlimatçısı Yohan Şvarts 8 saat ərzində drift edərək rekord qırmışdı. Bu, rusiyalı Evgeni’nin rekordundan demək olar ki, 10 saat az idi.
Ən çətin an isə son saat olub: qolları və ayaqları uyuşan Jenya, davam etmək təhlükəli olduğunu anlayaraq, dayanmaq qərarına gəlib.
Bununla belə təəssüf ki, onun bu nailiyyəti Ginnesin Rekordlar Kitabına düşməyəcək. Nədənsə o, qeydiyyatdan keçə bilməyib. İndi Yevgeni, Rusiyanın rekordlar kitabında yer almağa ümid edir.

Drift videosu üçün:

112 viewsRashad Ismail, 18:34
Aç / Yorum Yap
2022-02-06 08:44:09
G-Seriyası, ötən ili satış rekordlarına imza ataraq yola salmışdı. Mercedes, müştərilərə 41.000'dən çox satış gerçəkləşdirsə də, hələ də, növbədə gözləyənlər olduğu deyilir. MBPassionBlog'un hazırladığı hesabata əsasən, Mercedes, SUV üçün sifariş qəbul etməyi sonlandırıb. Deyilənlərə görə, şirkət, təslimat tarixlərini təxminən üç ilə qədər uzada bilər.

Bəhs etdiyimiz hesabatda, G-Seriyası’na sahib olmaq istəyənlər, şirkətin 17 yanvar’dan bəri model üçün yeni sifariş qəbul etmədiyini söyləyiblər. İddialara görə, satın alma tələblərinin bir qismi rədd edilib.

Ətraflı: https://www.instagram.com/p/CZm0XWTL12L/?utm_medium=copy_link
73 viewsRashad Ismail, 05:44
Aç / Yorum Yap
2022-02-04 07:31:55
Avtomobillərin dünyada ən çox istifadə edilən ixtiralardan biri olduğunu inkar etmək mümkün deyil. Bəşəriyyətin əlində daim təkmilləşən bu maşınlar, bizim rahatlığımız və təhlükəsizliyimiz üçün təkamül etməyə davam edir.

Təbii ki, bütün bu təkmilləşmələrin bir başlanğıc nöqtəsi var. Standart təhlükəsizlik sistemi kimi başlayan sistem sonradan avtomobil sənayesinin inkişafında böyük rol oynaya bilir.

Beləliklə, sizi avtomobil tarixində səyahətə aparacaq 10 maddədən ibarət siyahımıza keçid etmək üçün linkə keçid edin: https://www.instagram.com/p/CZhoGL0rphR/?utm_medium=copy_link
66 viewsRashad Ismail, 04:31
Aç / Yorum Yap
2022-02-02 10:13:01
Skoda vəd etdiyi tarixdə Enyaq Coupe iV modelini təqdim edib. Yeni model, həmçinin yüksək performanslı RS variantı ilə gəlib.
297 at gücü və 460 Nm fırlanma anı ilə RS, Volkswagen ID.5 GTX'ə çox bənzəyir. Bu, Skoda’nın daxili yanma mühərriki olmayan ilk RS modelidir. Üstəlik, həm at gücü, həm də fırlanma anı baxımından, tam ötürücülü Superb Sportline 2.0 TSI’ı geridə qoyaraq markanın indiyə qədərki ən güclü istehsal avtomobili olub.

Ətraflı: https://www.instagram.com/p/CZdyR1FM5dL/?utm_medium=copy_link
99 viewsRashad Ismail, 07:13
Aç / Yorum Yap