Get Mystery Box with random crypto!

COVİD-19🦠 İNFO📰

Telgraf kanalının logosu covidinfoo — COVİD-19🦠 İNFO📰 C
Telgraf kanalının logosu covidinfoo — COVİD-19🦠 İNFO📰
Kanal adresi: @covidinfoo
Kategoriler: Haberler
Dilim: Türk
aboneler: 1
Kanaldan açıklama

Koronavirus Xəbərləri.

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

0


En son Mesajlar

2020-07-03 20:46:17 Sərt karantin tətbiq edilmiş şəhərlərdə "ASAN xidmət" 4 gün işləməyəcək.

11, 12, 18, 19 iyul tarixlərində qeyri-iş günü olacaq.
53 views17:46
Aç / Yorum Yap
2020-07-03 19:56:13 @covidinfoo

Son karantinlə bağlı yaranan bəzi suallara aydınlıq üçün:

Şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır.

Həftəsonları taksilərin fəaliyyətinə məhdudiyyət olmayacaq.

Avtobuslardan sadəcə 7 ədəd ekspres xətləri fəaliyyət göstərəcək.

Məzuniyyətə çıxanların rayona getməsinə icazə verilməyəcək.

Sahibkarlar üçün əlavə yardım paketi ləğv olundu.

Karantin olan digər rayonlara da 190 manatlıq yardım veriləcək.

Bank kreditlərində güzəştlər tətbiq olunmayacaq.
57 views16:56
Aç / Yorum Yap
2020-07-03 16:16:15 @Covid19
Azərbaycanda 03.07.2020

Yoluxma :583
Ölüm :7
Sağalan :395

#Covid19 #Azerbaijan #korona
50 views13:16
Aç / Yorum Yap
2020-07-03 11:52:14 Xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.
46 views08:52
Aç / Yorum Yap
2020-07-02 19:07:24 Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda  aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00 -dan 6 iyul saat 06:00 -dək;

11 iyul saat 00:00 -dan 13 iyul saat 06:00 -dək; 

18 iyul 00:00 -dan 20 iyul saat 06:00 -dək.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində  2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

  nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

  muzey və sərgi zallarının fəaliyyəti;

  bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

  təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

  Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

  təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və "E-Təbib” mobil tətbiqi vasitəsilə) 

  ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və "E-Təbib” mobil tətbiqi vasitəsilə) 

  yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)
58 viewsedited  16:07
Aç / Yorum Yap
2020-07-02 19:04:11 RƏSMİ Sərt karantin rejimi bu əraziləri əhatə edəcək:
Bakı,
Cəlilabad,
Gəncə,
Lənkəran,
Masallı,
Sumqayıt,
Yevlax,
Abşeron,
Goranboy,
Göygöl,
Mingəçevir,
Bərdə,
Xaçmaz,
Samux,
Siyəzən,
Şəki.

QADAĞA müddəti: 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək.
35 viewsedited  16:04
Aç / Yorum Yap
2020-07-02 17:37:43 @Covid19
Azərbaycanda 02.07.2020

Yoluxma :572
Ölüm :8
Sağalan :364

#Covid19 #Azerbaijan #korona
33 viewsedited  14:37
Aç / Yorum Yap
2020-07-02 14:03:09 @Covid19
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.


Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək
35 viewsedited  11:03
Aç / Yorum Yap
2020-07-01 22:46:41 COVİD-19 İNFO pinned «Hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır.»
19:46
Aç / Yorum Yap
2020-07-01 20:12:03 Hazırda Azərbaycanda koronavirusla mübarizə çərçivəsində əsas vəzifə yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaqdır.
33 views17:12
Aç / Yorum Yap