Get Mystery Box with random crypto!

☆ Zamanlar ☆ New Lesson Simple Present Tense (İndiki sadə Za | English Language

☆ Zamanlar ☆

New Lesson

Simple Present Tense (İndiki sadə Zaman)

Positive Form:   I, we, you, they + fel

Subject + Verb 1+... =S+V1+...
(Mübtəda+ Fel)

Ex:

– I drink water
– We eat meal.
Eat (it) yemək
Meal(mil) yemək (qida )
Drink-içmək


He, she, it +  fel +"s" hərfi gəlir.

Ex:
– He drinks water
He drink water
– She eats meal.

Negative Form(inkar forması): 
I, we, you, they + do not (don’t) + fel .

Ex:
– I do not (don’t) drink water.
– They do not/(don’t) eat meal.

He, she, it + does not (doesn’t) + fel

Ex:
– He does not(doesn’t) drink water.
– She does not(doesn’t) eat meal.

Question Form(sual forması): 
Do + I, we, you, they + fel?

Ex: 
– Do you drink water?
– Do they eat meal?

Does + he, she, it + fel (yalın halı y)?
Yəni sual verərkən felin öz halı istifadə olunur, "s" əlavə edilmiş forması yox.
Diqqətli olaq.
Example:
– Does it drink water?
– Does he eat meal?
Normalda 3cü şəxsdə> Does he eats< olmalı idi ,amma, sual forması olduğu üçün "s" istifadə etmirik



Simple Present Tense indiki sadə zaman mənasını verir. Yəni ümumiyyətlə edilən hərəkətlər üçün istifadə edilir. Heç vaxt edilməmiş hərəkəti də demək üçün istifadə edilə bilər:

– I watch football every weekendevery day)
– She lives in New York.
– They go to Antalya every summer.
– Princess lives in big castle.


İndiki sadə zamanda istifadə edilən zaman zərfləri:

Never (heç vaxt)
Rarely-Seldom (nadir)
Sometimes (bəzən)
Usually (adətən)
Often-Frequently (tez-tez)
Always (hər zaman)
Generally (ümumiyyətlə)
Regularly (müntəzəm olaraq)

Bu vaxt zaman zərfləri əvəzlik ilə fel arasında işlədilir.

Ex:

– I never eat chicken -Mən heç vaxt toyuq yemirəm.
– I sometimes go to beach-Mən bəzən (hərdən) çimərliyə gedirəm
– I always play computer games-Mən həmişə komputer oyunları oynayıram


Every-hər
Watch-1) izləmək 2) saat
Football-futbol
Summer -Yay
Princess-Şahzadə
Big-böyük
Castle -Qala
Palace- Saray
Chicken-toyuq
Beach-çimərlik
Computer-komputer
Play-oynamaq
Game-oyun(iqra)


Bir də bu zaman zərflərinə əlavə olaraq istifadə edilənlər də var:

Every day -hər gün/week-həftə/month
Once-ayda bir dəfə/Twice-iki dəfə/Three times a day-gündə üç dəfə/week/month
Daily-Gündəlik/weekly-həftəlik 



Əlavə sözlər:

Summer - Yay
Autumn- Payız
Winter- Qış
Spring- Yaz