2022-01-16 09:52:29
Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?”
əl-Mu minun ( Mö minlər ) surəsi surəsi 115
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
əz-Zariyat surəsi 56
Bəlkə insan özbaşına qoyulacağını güman edir?
əl-Qiyamə suresi 36
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!
Ali-İmran suresi 191
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla.
ər-Hicr suresi 85
Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir.
əl-Casiyə suresi 22
8 views06:52