Get Mystery Box with random crypto!

Fernweh💜

Telgraf kanalının logosu hesretqaldim — Fernweh💜 F
Telgraf kanalının logosu hesretqaldim — Fernweh💜
Kanal adresi: @hesretqaldim
Kategoriler: Kategorize edilmemiş
Dilim: Türk
aboneler: 1.01K
Kanaldan açıklama

Fernweh💜
Sözləri düz olsa fərq eləməz, onun gözləri onsuz da yalan deyir)✨
Reklam və işbirliyi: @the_quiens
@iamtheleda

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


En son Mesajlar

2022-08-16 11:54:18 Keçmişlə yaşayar bəzi insanlar. Ruhunu keçmişdə bir məzarlığa həbs edər, qəlbini buraxar təqvimin bir yarpağında. Və bir daha heç hiss etməz eyni duyğuları. Mən eyni tarixə həbs etdim həm qəlbimi, həm gedişinlə yarım qalan ruhumu, yarım qalışlarımı.
"Aldatdın məni baxışınla..." İnandım gülərkən parlayan gözlərinə. Əslində mənə parlamırdı o gözlər, bilirdim. Sən məni yox, mənim sevgimi sevmişdin. Bəlkə də heç onu da sevməmişdin.

Gəlişini hədiyyə adlandırmışdım əvvəllər. Sonra baxdım ki, hədiyyədən daha çox cəza oldun mənə. Bəlkə sən gəldikdən sonra həyatımın mərkəzini sən etdiyimə görə bədəl oldun həyatıma. Bilirsən də, deyirlər ki, Allah deyir, onsuz yaşaya bilmərəm demə, səni onsuz yaşadaram.

Qorxuram. Gəldin, getdin, yenə gəldin. Dərdimizi bölürdük sənlə. Sonra baxdım ki, dərdini böldüyüm insan dərd oldu qəlbimə)
Bu mahnı sanki hislərimi oxuyur. Qəlbimə toxunur. Maraqlıdır, görən heç dinlədiyin mahnılarda gəlirəmmi ağlına? Ya da hansında gəlirəm? Nə düşünürsən? Deyirsən mi? "Məni onun qədər heç kim sevmədi, sevməyəcək" deyə. Ya da səndən ən çox kimi sevmisən deyəndə adım simam canlanırmı məzarımın qazıldığı torpaq gözlərinin önündə.

Bilmək istəyərdim. Mənə "ümid edirəm bağışlaya bilərsən bir gün məni" demişdin, yadındadırsa. Bağışlaya bilmirəm. Qəlbimin içində gizlədiyim yumruq boyda qəlbini çıxarıb ata bilmirəm içimdən. Xəzan qoxusunda, yağışda, yazda, yayda, qışda. Sevdiyin yemək önümə gəlir bəzən. Gülürəm sakitcə. Deyirəm bugün də doyduq, şükür. Mən səni bağışlaya bilmirəm, bəlkə də unuda bilmirəm deyə. Bir gün unutsam bağışlayaram səni. "Heyif oldu bizə" demişdin. Heyif etdin bizə. Tək sənə inanan, tək sənə güvənən qəlbimə, tək sənə bağlanan ruhuma. Heyif etdin. Bəlkə bir gün unutsam yenidən "biz" ola bilərik, qəlbimin aynası..

Şəkillərim dururmuş hələ də səndə. Sil. Yanındakının qəlbini də məhv etmə, mənimki kimi. Bilirsən məni, həmcinslərimi qorumağı sevərəm mən.

Yenə çox uzun danışdım sənlə, sən eşitməsən də, gözyaşlarımdan səsim eşidilməsə də, uzun uzun danışdım sənə içimdən keçənləri.

Bəlkə bir gün, bəlkə bir gün vaxtı gələr də oxuyarsan bunları. Sonra sakitcə sarılarsan mənə. Son görüşümüzdə sarılmadığın üçün peşman olmuşcasına. Hər zamankı kimi lap bərkdən, qoxumu içinə çəkərək. Mən də qalxaram barmaq uclarına, öpərəm öncə çiynindən, sonra qəmzəndən.

Bəlkə o gün yenidən bir ümid işığı yanar "biz" üçün. Amma o günə qədər, görsən məni haradasa, tanıma. Mən yenə tanıyacam səni. Səssizcə keçəcəm yanından. Küləyin qoxunu burnuma gətirməsi ümidi ilə. Mahnıda da dediyi kimi...

Mən onu tanıyaram illər keçsə də,
Çünki mən ona hələ də vurğun...
O başqa qolları seçdi getdi,
Mən bu yollarda yorğun..)

~Soleil De La Nuit
351 viewsLavini , edited  08:54
Aç / Yorum Yap
2022-08-09 01:07:22
İstəyirəm ki, internetdə tanınan, sevilən, güclü qadınlara, insanlara, məsələn, aktyor, jurnalist və s. kimi şəxlərə hazırlanan videolardan mənə də hazırlansın bir gün. Və başladıq. Bu o videolardan ilki olsun, hansı ki, mənim üçün, mənə özəl hazırlanan... O ekranda özümü izləmək, hədəflərinə doğru addım-addım getmək, gedə bilmək... Bacardığını hiss etmək... Uğurun kiçiyi, böyüyü olmur, unutmayın. Sevdiklərinizin, sizi sevənlərin gözlərində gördüyünüz o qürur, o sevinc özü ən böyük uğurdur. Dayanmadan irəli))

Mən istədim, mən əldə etdim.
İstə və əldə et!

Bu post da burada xatirə qalsın
609 viewsLavini , edited  22:07
Aç / Yorum Yap
2022-08-06 15:28:50
Yaşıdlarım şəhid olur...
595 viewsLavini , 12:28
Aç / Yorum Yap
2022-07-30 00:15:28
"Adanalı" perileri geldi bana
94 viewsLavini , 21:15
Aç / Yorum Yap
2022-07-21 22:11:52 Bir ürək var...
Səni düşünən bir ürək var...

Səni xəyal edən, səni arzu edən. Bir ömür səni özündə daşıyacaq bir ürək.

Bir ürək var
Tək sənə isinən bir ürək var,
Sevgini sənə verən odur ey yar,
Tək səni düşünən...
77 viewsLavini , 19:11
Aç / Yorum Yap
2022-07-15 15:16:07
Müşfiq şeirləri-3manat
Yaşıl üzlü gündəlik-4manat
E.Elatlı:İtmiş qızın axtarışı-2manat
98 viewsLavini , 12:16
Aç / Yorum Yap
2022-07-15 14:09:43
106 viewsLavini , 11:09
Aç / Yorum Yap
2022-07-15 08:17:31 Seni bilmek en büyük ceza..
Her anın aklımda, her kıvrımın,
Sanmasınlar asla seni benden ayrı.
138 viewsLavini , 05:17
Aç / Yorum Yap
2022-07-01 13:39:42
NİİSAA!
317 viewsLavini , 10:39
Aç / Yorum Yap