Get Mystery Box with random crypto!

Kitablardan_alıntılar_🍀

Telgraf kanalının logosu kitablarda — Kitablardan_alıntılar_🍀 K
Telgraf kanalının logosu kitablarda — Kitablardan_alıntılar_🍀
Kanal adresi: @kitablarda
Kategoriler: Kategorize edilmemiş
Dilim: Türk
aboneler: 428
Kanaldan açıklama

Kitab ol , hamıya açılma , qoy səni anlayanlar oxusun.✨🍀

Ratings & Reviews

4.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


En son Mesajlar

2022-07-28 19:07:42
Əsərin sonlarına doğru düşündüm ki, "KorAmal" olsun. Əslində Koramal iki mənalıdır, yəni, koramal bir canlının adıdır, həm də kor amal, hansısa bir mənəvi və yaxud öz həyat yolunu azmış, hədəfini yanlış tutmuş bir şəxsə işarədir." ●Rövşən Abdullaoğlu
44 views𝓐𝓵𝓲𝔃𝓪𝓭𝓮 , 16:07
Aç / Yorum Yap
2022-07-14 06:05:37
Özü özünü məhv edənlərin sayı özgə adamların əli ilə məhv olanların sayından çoxdur...

Bilirsən, mən niyə instrumental musiqini dinləyirəm? Çünki burada səni qəlibə salan sözlər yoxdur, yalnız musiqi var. Sən onu necə dərk edirsənsə, qavrayırsansa, o qədər də o, sənə yaxınlaşır. Bugünkü ovqatını, keçmiş xatirələrini musiqiyə ötürüb onu özünə doğmalaşdırırsan. Mahnılarda isə sənin heç bir improvizənə ehtiyac qalmır. Axı onların sözləri var. Bu sözlər nə barədədirsə, sən onları dəyişə bilmədiyin üçün musiqini məhz bu sözlərin çivəsində qavramağa məhkumsan....

Görəsən, niyə insanlar pis adam olmaqdan qorxmurlar , ancaq birinin onlara "pis adam" deməsindən qorxurlar?
30 views𝓐𝓵𝓲𝔃𝓪𝓭𝓮 , 03:05
Aç / Yorum Yap
2022-07-12 21:36:39
Bilirsən, mən niyə instrumental musiqini dinləyirəm? Çünki burada səni qəlibə salan sözlər yoxdur, yalnız musiqi var. Sən onu necə dərk edirsənsə, qavrayırsansa, o qədər də o, sənə yaxınlaşır. Bugünkü ovqatını, keçmiş xatirələrini musiqiyə ötürüb onu özünə doğmalaşdırırsan. Mahnılarda isə sənin heç bir improvizənə ehtiyac qalmır. Axı onların sözləri var. Bu sözlər nə barədədirsə, sən onları dəyişə bilmədiyin üçün musiqini məhz bu sözlərin çər çivəsində qavramağa məhkumsan....
●Varis " Bir ovuc torpaq "
44 views𝓐𝓵𝓲𝔃𝓪𝓭𝓮 , edited  18:36
Aç / Yorum Yap
2022-06-09 15:56:17
Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki,
Görəsən məni?


Nəriman Həsənzadə "Elə dayanırsan, elə baxırsan"
40 views𝓐𝓵𝓲𝔃𝓪𝓭𝓮 , 12:56
Aç / Yorum Yap
2022-05-31 21:21:29
Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildik ki, tutar bizimki...
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi....

●Cabir Novruz
30 views𝓐𝓵𝓲𝔃𝓪𝓭𝓮 , edited  18:21
Aç / Yorum Yap
2022-05-21 13:47:21
31 views , 10:47
Aç / Yorum Yap
2022-05-21 13:47:07 Təcrübəmdən çıxış edərək Gənc qızlar və oğlanlar üçün tövsiyələr yazdım.

Öncə ...

Qızlar, özünüzü fövqəladə hiss edin, sizdən yoxdur. Bir dənəsiniz. Əsas vaxtınızı şəxsi inkişafınıza ayırın. Kitab oxuyun və idman edin. Daim hərəkətdə olun. Təhsil alın. Təhsilin ilk illərindən işləyin, pul qazanın. Valideyn himayəsindən tez qurtulun. Qarşınıza aydın bir məqsəd qoyun, ona doğru hərəkət edin. Asta-asta, tələsmədən, inadla, yoruldum demədən. Yorğunluq yoxdur, insan yorulmur, o sadəcə ruhdan düşür. İmkan verməyin kimsə sizi ruhdan salsın. Gözəllik göz-qarşınızda yox, bütün varlığınızdadır. Gördüyünüz işlərdədir. Daim gülümsəyin. Həyat gülümsəməklə yaxşıya dəyişir.

Ailə qurmağa tələsməyin. Öncə Ailə münasibətlərinə aid kitablar oxuyun. Uşaq tərbiyəsindən bəhs edən kitabxana yaradın. Yalnız qazancınız sizi təmin edəndə ağ atlı oğlanın sorağına çıxın. Siz ərə getmirsiniz, ailə qurursuz, ölçülü-biçili təmkinli olun. Düşünməyi bacaran insanlara üstünlük verin. Gözü qırpıq yaşamayın, iradənizin əleyhinə heç nə ilə barışmayan.

Gözəllik salonlarından daha çox gözəl salonlara, muzeylərə, teatrlara, şəhər və kəndlərə gedin.

Evinizdə çiçəklər bəsləyin. Divarlara rəsmlər asın. Şəxsi kitab rəfi düzəldin.
Sözünüzü hər zaman hər yerdə aydın deyin. "Utanıram" sözünü unudun. İnsan gördüyü yaxşı işdən heç zaman utanmaz. Yaxşı işlər görün ki, utanmaq kimi sözlər ağlınıza gəlməsin. Bir gününü necə yaşayırsan, bütün həyatını elə yaşayırsan. Hər bir gününü mənalı et.
"Şahbaz Xuduoğlu"
34 views , 10:47
Aç / Yorum Yap
2022-05-21 09:44:45 Share 2_5235828591412909432.pdf
5 views , 06:44
Aç / Yorum Yap
2022-05-21 09:44:33 "Taleyin qisməti "

Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,

Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə, gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.
Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa, biri-birindən,
Məni də ayırmaq çətindir axı
Öyrətmə özünə, öyrətmə məni...
5 views , 06:44
Aç / Yorum Yap