Get Mystery Box with random crypto!

Dəyərli kanal adminləri! Postlarımı kanalınızda paylaşırsınız, | Hanif Din Tawheed

Dəyərli kanal adminləri! Postlarımı kanalınızda paylaşırsınız, lap gözəl. Buna hallalıq verirəm, təbii ki. Onsuz da kanal bunun üçün açılıb ki, insanlar faydalansınlar. Bilirəm, birbaşa kanalımın özündən paylaşmaq və ya kanalın linkini aşağıda qeyd etmək istəmirsiniz. Çünki fikirləşirsiniz ki, admin müsəlman olmaz və ya bidət sahibi olar və biz də camaatın azmasına vəsilə olarıq. Buna bir sözüm yoxdur, əlbəttə ki.

Amma heç olmasa bu postu köçürəndə babları (məsələn, #BİR_AYƏ, #İSLAM_FİQHİ və s. kimi xeşteqləri) oradan silin. Çünki bu, sırf bizim dəvət metodumuzdur, bizim tərəfimizdən bir yenilikdir Allahın izni ilə. Mən əqidəsini bilmədiyim bir müəllifin kitabından və ya hətta, bidət əhli olsa da belə, bir şəxsin kanalından və ya saytından paylaşım edərkən izləyicilərimi onlardan çəkindirsəm də, özlərinin və ya kanallarının adlarını postun aşağısında qeyd edir, zəhmətlərini dilə gətirirəm.

Mən o fətvaları və nəqlləri müxtəlif mənbələrdən axtarıb tapır, çox vaxt öz dilimizə tərcümə edirəm, bəzən elə olur ki, məsələni təfsilatlı şəkildə alaraq altda şərh də edirəm. Bunları ona görə edirik ki, insanlar oxuyub Allahın lütfü ilə elmlənsinlər. Biz alimlər arasında baş verən ixtilaflardan tutmuş günümüzün vaqiəsində zühur edən müxtəlif bidətləri işıqlandırır, məsələlərə daim sələfin üsulu ilə yanaşmağa əzm göstərir və eyni zamanda insanların da maarriflənməsini təmənni edir, bidət əhlinin şübhələrinə qarşı onlarda bir immunitetin formalaşmasını təmin etməyə çalışırıq.

Ona görə də sizlərdən xahiş edirəm ki, postu kanalınızda paylaşarkən mətnin özünü paylaşın, xoş halalınız. Kanalı işarələmək və ya linkini qeyd etməyə də ehtiyacımız yoxdur. 100 nəfər izləyicimiz var, elə bu bizə yetər!