Get Mystery Box with random crypto!

Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: 'B | Hanif Din Tawheed

Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Bu iki cür kimsədən başqasına qibtə edilməz. Bunlardan biri odur ki, Uca Allah ona nemət olaraq Quranı öyrətmiş, o da gecə və gündüz saatlarında onu oxuyur, onunla məşğul olur. Qonşusu da eşidir və belə deyir: "Kaş filankəsə verilən Quran neməti mənə də veriləydi, onun oxuyub əməl etdiyi kimi mən də oxuyub əməl edəydim". Digərinə isə Allah çoxlu mal-dövlət vermiş, o da malını gecə-gündüz Allah yolunda xərcləyib sədəqə verir. Bunu eşidən bir nəfər: "Kaş bu filankəsə verilən maldan mənə də veriləydi və mən də onun kimi əməl edərdim" deyə qibtə edir".

əl-Buxari: "Tövhid", 45.