Get Mystery Box with random crypto!

Nəcd imamlarının dönəmində bədəvilər arasında bəzi örfi hökmlə | Hanif Din Tawheed

Nəcd imamlarının dönəmində bədəvilər arasında bəzi örfi hökmlər mövcud idi. Bu cür adət-ənənələrə elə günümüzdə də rast gəlinir. Lakin bunların şəriətə müxalif olduğu bəzən insanlara qapalı qalır. Bir müsəlmanın baş verən hər hansı bir ixtilafda Allah və Rasulundan başqasını hakim təyin etməyi, şübhəsiz ki, onun tövhidin təməlindən cahil olduğunun göstəricisidir. İxtilafı Allahın endirmədiyi hökmlərə, qanunlara yönəltmək tağuta mühakimə olmaq olub dinin əslini pozan bir əməldir. Lakin şəriətin bəzi fiqhi məsələlərlə bağlı hökmləri insanlara qapalı qala bilir. Onlar müəyyən məsələlərdə dədə-babalarından qalma bəzi adətlərdən başqa Allahın hökmlərini, şəriətin təyin etdiyi qaydaları bilməyə bilirlər. Elmi mənbələrin və elm əhlinin yoxluğu bunun başlıca səbəblərindəndir.

Bütün bu şərtləri nəzərə alan dəyərli alimimiz Şeyx Abdullətif alu′ş-Şeyx (rahiməhullah) hər hansı bir məsələnin hökmü ilə bağlı qövmünün adət-ənənələrinə müraciət edən kimsələr barəsində sələfin mənhəcinə binaən olduqca ədalətli bir mövqe sərgiləyərək onlara icra etdikləri adət-ənənələrin əslində Allahın hökmünə müxalif olduğunu bildirməyin vacib olmasını qeyd edir. Hər kim müəyyən qapalı/fiqhi bir mövzuda var olan şəriətin hökmündən agah olsa, lakin buna baxmayaraq öz adət-ənənəsini Allah və Rasulunun hökmündən üstün saysa, yaxud onların daha ədalətli olduğunu iddia etsə və ya bundan əlavə şəriətin hökmü ona bildirildikdən sonra sadəcə bu hökmdən üz çevirərək öz adət-ənənələrinə müraciət etməyə davam etsə, cahiliyyə hökmlərini tələb etmiş olar və bu şəxs qətiyyətlə kafir olaraq qəbul edilər. Allah isə ən doğrusunu biləndir.