Get Mystery Box with random crypto!

Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: 'Hə | Hanif Din Tawheed

Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Hər kim “lə iləhə illəllah” deyib Allahdan qeyri ibadət olunanı inkar edərsə, onun malı və qanı haram olar. Onun sorğu-sualı isə Allaha aiddir."

Muslim, 23.

Şeyx Abdurrahmən İbn Həsən alu’ş-Şeyx (rahiməhullah) hədis ilə bağlı bunları söyləmişdir:

“Peyğəmbərin (salləllahu aleyhi və səlləm): “Allahdan savayı ibadət olunanları inkar etməlidir”, - sözü, böyük şərtdir və “Lə iləhə illəllah” kəlməsi yalnız onun (həmin şərtin) olacağı təqdirdə doğru olacaq. Əgər bu şərt olmazsa, “Lə iləhə illəllah” kəlməsini deyənin qanı və malı himayə altında olmaz. Çünki “Lə iləhə illəllah” kəlməsinin mənası budur. İnsan həmin sözə dəlalət edən mənanı, şirki buraxmağı, ondan və onu edəndən uzaq durmağı həyata keçirtməsə o, ona fayda verməz. Əgər o, Allahdan savayı hər bir ibadət olunanı inkar edər, ondan uzaqlaşar və bunu edənlərə qarşı düşmən kəsilərsə, qanı və malı himayə edilən müsəlmana çevrilər. Uca Allahın kəlamı məhz bunu ifadə edir:

“Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.”

Bəqərə, 256.

Artıq səhih hədislərdə “Lə iləhə illəllah” kəlməsi ağır şərtlər ilə şərtlənmişdir. Onların hər birini, söz, etiqad və əməldə gerçəkləşdirmək gərəkdir".

əd-Durar’us-Səniyyə, 2/243.