Get Mystery Box with random crypto!

Küçələrdə dolaşıram ,ayaqlarim parcalanib Sınıq qəlblər üzün | Şeir qəzəllər📜

Küçələrdə dolaşıram ,ayaqlarim parcalanib
Sınıq qəlblər üzündənmiş, tıkan kimi yerdə qalib
Kimə baxsam, bir yükü var, zor dayanıb ,güc dayanıb
Bir səmimi gülən yoxdu ,ürəyindən axı niyə
Örgeşirem ,gecələrə ,ulduzlara və təkliyə

Həzin həzin külək əsir ,musiqilər qulağımda
İstəyirəm sakit gezim ,yoxdur heçnə marağımda
Mən həyatı yaşayıram ,qələmimdə varağimda
Hərdən onu görmək üçün ,çevirirəm lap geriyə
Örgeşirem gecələrə ,ulduzlara və təkliyə

Hərdəndə bir, xatirəndən , doluxsunub Tutuluram
Səni görəm, bəlkə deyə ,gəzib gəzib yoruluram
Sən dəlisən, mən də dəli ,həm gülürəm ,həm soluram
Hicraninda şirin iymiş ,əl açıram yerə göyə
Örgeşirem gecələrə ,ulduzlara və təkliyə

Anladım ki dərd yurdunun sakinləri elə bizik
Ömrü boyu yaşamışıq ,sakit sakit ,əzik əzik
Barmağlardan düşüb sanki ,bəxt adlanan, həmən üzük ,
Axtarırıq hər bir yerdə, bəlkə işıq saçar deyə
Örgeşirem gecələrə ,ulduzlara və təkliyə

Təklik yalnız Allah üçün , mən o təkliyi demirəm
Yalanlardan yorulmuşam ,pisdə budur ki bilirəm
İnsanlarda anlayışı , duyğuları mən sevirəm
Çoxu deyir ey Kamran ,fikir verme sen her şeyə
Örgeşirem gecələrə ,ulduzlara və təkliyə.