Get Mystery Box with random crypto!

Bir çöllü biyaban da axib qanı Hüseynin Sən baxma ginən orda ç | Şeir qəzəllər📜

Bir çöllü biyaban da axib qanı Hüseynin
Sən baxma ginən orda çıxıb cani Hüseynin

Tarixlər onu mədh eliyib vəsf eliyibdir
Dünyanı tutub izzet ilə şanı Hüseynin

Sən sanma ki keçmiş də qalıb ol şahı Mərdan
Her vaxtı davam eliyir dövranı Hüseynin

Kim dərk edə bilmiş ki nədur Kərbubəlasi
Bir bir olub övladları qurbanı Hüseynin

Bu dövrüdə də vardı zülm vardı yezidilər
Azdır qoşulan getsədə karvanı Hüseynin

Düşman nə qədər olsada A'şuradır hər gun
Hər gün doğulur əksinə Aslanı Hüseynin

Kamran Belə bir dövrüdə Aşuranı dərk et
And olsun elə bax budu fərmanı Husəynin