Get Mystery Box with random crypto!

Cəm Qəmlərin üstündə bəzənmiş Bir göz yaşıdır mahı mühərrəm Ço | Şeir qəzəllər📜

Cəm Qəmlərin üstündə bəzənmiş
Bir göz yaşıdır mahı mühərrəm
Çox şad görünür cümleyi dusman
Bir gün tutacaq ahı mühərrəm

Dünya boşalib gahi də doldi
Düzdür ki Hüseyn gülleri soldi
Tarix boyu çox düşməni oldi
Qalib di yenə Şahı muhərrəm

Yaymaqdadilar fitnə fəsadi
Ki ,hər günahı eyləsin adi
Düşmənlərimin yoxdi savadi
Bilmir ki nədir rahı mühərrəm

Bax Kərbubəla matəmi gəldi
Bu matəm özü sanki gözəldi
Eşqə gətirən ayda ozəldi
Xatirladir Allahı muhərrəm