Get Mystery Box with random crypto!

Səhərdən özümə gələ bilmirəm Susmağa çalışdım deyə bilmirəm A | Şeir qəzəllər📜

Səhərdən özümə gələ bilmirəm
Susmağa çalışdım deyə bilmirəm
A mən bedbaxtamda ölə bilmirəm
Elə od qoyubdur fələklər mənə
Səndə əs ey gözəl küləklər mənə

Yandırıb ürəyi hara gedirsən
Sən niyə susursan nəyi bilirsən
Mən nə deyirəm sən ne deyirsen
Hazirla hamı tək kələklər mənə
Səndə əs ey gözəl küləklər mənə

Nəfəsim kəsilir urey ağrıyır
Siqaret əriyir dərd qucagliyir
Mən ağlıyıram oda ağlıyır
Yığılıb qəm çəkir mələklər mənə
Səndə əs ey gözəl küləklər mənə

Bəs mən nə edim mən hara gedim
Sən söylə insan tək mən onu edim
Kamran zaman pisdi inanma dedim
İndi də söyləmə gərəklər mənə
Səndə əs ey gözəl küləklər mənə


Səndə əs ne gelir bele xoş gəlir
Yarımdan cefada cana nuş gəlir
Dağ dağa gəlməsə insan tuş gəlir
Söyləyər arzular diləklər mənə
Səndə əs ey gözəl küləklər mənə

Sən gözlə nə olsun gözün qan alıb
Nə olsun yazmiyir sözü can alıb
Sarı smaylikin kökü saralıb
Eybi yox atmasın ürəklər mənə
Səndə əs ey gözəl küləklər mənə