Get Mystery Box with random crypto!

Durub ol ərşidə röyam ,qarışıb Mah ilə Şəmsim Çəkə bu dərdimi | Şeir qəzəllər📜

Durub ol ərşidə röyam ,qarışıb Mah ilə Şəmsim
Çəkə bu dərdimi dünyam ,qarışa ərş ilə fərşim
Sənin ol eşqinə heyran , bu yolu dərk edən hər kim
Gələcək olsada hər kim dadaraq ,dadı gorərlər
Kim baxar qəlbimin içrə, səndəki Adı gorerler
Mənə eşqi məlum etmiş ,həmən ustadı gorerlər

Sənə bir can nedi min can verək heç çəkmiyərək ah
Sənə lebbeykə deyərlər ,sənə qurban olag ey şah
Kim qoyar rahına addım ,kim deyər sə HəsbunƏllah
Yetişib zərridə Şahım ,edir imdadı gorəllər
Mənə eşqi məlum etmiş ,həmən ustadı gorerlər

Sən sən ol Saqiyi Rəhmət ,sənin ol Səbrinə qurban
Sənə aləmdə Mələklər də qalıblar belə heyran
Başqa Aləmdə bilərlər səni sevmək nədir ey can
Çoxu Məcnun ilə Leyli ,Şirin ,Fərhadı görərlər
Mənə eşqi məlum etmiş ,həmən ustadı görərlər


Oda lazım ,əgər Aşıq sevə bilməzsə ürəkdən
Əgər anlamırsa eşqi , arıdan baldan çiçəkdən
Kamrana gəldi cəfalar ,Yarıdən çərxi Fələkdən
Üzdə fani gorsənərmiş ,çoxu irşadı görərlər
Mənə eşqi məlum etmiş həmən ustadı görərlər.