Get Mystery Box with random crypto!

Bu şəhərdə ən gözəl iş səni sevməkdi, sevmək! Səni bu şəhərin | 𝐒𝐄𝐑𝐄𝐍𝐈𝐓𝐀 🏹 🕊

Bu şəhərdə ən gözəl iş səni sevməkdi, sevmək! Səni bu şəhərin hər qarışında, yazında, yayında, qışında sevmək. Səni qaranlıqda, işıqda sevmək. Tellərini tükbətük, əllərini barmaq-barmaq sevmək. Hər gün sənə şeir yazıb, səni varaq-varaq sevmək. Varağa hopan mürəkkəb kimi sənə hopmaq. Hər gecə özümü səndə itirib, hər səhər yenə tapmaq..