Get Mystery Box with random crypto!

Azərbaycanın tanınmış ictimai xadimi, tədqiqatçı, diplomat Ram | Turkic academy

Azərbaycanın tanınmış ictimai xadimi, tədqiqatçı, diplomat Ramiz Abutalıbov vəfat edib.

O, 1993-2004-cü illərdə Azərbaycan Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir - UNESCO üzrə Milli Komissiyanın ilk Baş katibi olmuşdur.

Ramiz Abutalıbov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşamış ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynayıb. O, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı 12 kitabın müəllifidir.

Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və kollektivi adından başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik.