Get Mystery Box with random crypto!

🌿 URVATUL VUSQA 🌿

Telgraf kanalının logosu urvatulvusqa — 🌿 URVATUL VUSQA 🌿 U
Telgraf kanalının logosu urvatulvusqa — 🌿 URVATUL VUSQA 🌿
Kanal adresi: @urvatulvusqa
Kategoriler: Kategorize edilmemiş
Dilim: Türk
aboneler: 100
Kanaldan açıklama

🌿 Bəqərə Surəsi - 256 🌿
Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


En son Mesajlar

2023-02-03 23:24:21 Yatağa uzananda Kursi ayəsini oxumaq.

Kim onu yerinə uzananda oxusa, Allahın göndərdiyi mühafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz. [1]

اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Allahu lə ilahə illə huvəl-həyyul-qəyyum. Lə tə'xuzuhu sinətun vələ novm. Ləhu mə fis-səmavati və mə fil-ard. Mən zəlləzi yəşfə'u indəhu illə bi iznihi, yə'ləmu mə beynə əydihim və mə xəlfəhum. Və lə yuhiytunə bişeyim min ilmihi illə bimə şəə. Vəsiə kursiyyuhus-səmavati vəl-ard. Və lə yəuduhu hifzuhumə, və huvəl-aliyyul-azim.

Allah Özündən başqa haqq məbud olmayandır, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, qullarının gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Əzəmətlidir.


[1] «Fəthul-Bari», 4/487.
10 views20:24
Aç / Yorum Yap
2023-02-03 22:59:09
Nisa Surəsi - 19

Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar yaramaz bir iş görməyincə, onlara verdiklərinizin bir hissəsini geri almaq üçün onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun


https://t.me/urvatulvusqa
15 viewsedited  19:59
Aç / Yorum Yap
2023-02-03 20:17:54 İbn Qayyim (rahimahullah) buyurur:

*“Hər bir boş qaba nəyisə daxil etdikdə, o qab o şeylə daha da daralır. Yalnız qəlbdən başqa.Onun içərisinə iman və elm daxil olduqca, o daha da genişlənir və böyüyür.Bu da Allahu Tə'alanin Qudrətinin əlamətlərindəndir”*

(Şifəul Alil, səh,107)

https://t.me/urvatulvusqa
19 views17:17
Aç / Yorum Yap
2023-02-03 17:41:31
BACILAR ÜÇÜN DƏYƏRLİ TÖVSİYƏLƏR

Şeyx Salih Fovzan hafizahullah belə buyurur:

Sizin üzərinizə düşən dininizi qorumaqdır. Sizin üzərinizə düşən əxlaqı qorumaqdır. Sizin üzərinizə düşən həya və ədəbi qorumaqdır. Sizin üzərinizə düşən çalışqanlıq və səy göstərməkdir. Sizin üzərinizə düşən saleh örnək olmaqdır.

Siz müsəlman qadınlarısınız, siz kafirlər qadınlar kimi deyilsiniz. O kafir qadınlar ki, onların Axirəti yoxdur və onlar üçün qarşıda Oddan başqa heç bir şey yoxdur.

Sizlər isə Cənnəti istəyirsiniz, xeyir istəyirsiniz və Qiyamət günü uğur qazanmaq istəyirsiniz. Buna da yalnız saleh əməllə və Allahın əmr etdiklərini yerinə yetirib, qadağalarından çəkinməklə çatmaq olar.

(Şeyxin "Əqidə və Dəvət"  adlı mühazirəsindən, səh. 162

https://t.me/urvatulvusqa
29 views14:41
Aç / Yorum Yap
2023-02-03 15:18:31 Nə badə ehtiyacın olan hər şeyi Allahdan istəməyəsən! Nəyə ehtiyacın olsa, onu Allahdan istə.
Dua edərək Ona yalvar! Allaha, duanın qəbul olacağına yəqin şəkildə inanaraq dua et!

#Cümə son saat
https://t.me/urvatulvusqa
30 viewsedited  12:18
Aç / Yorum Yap
2023-02-03 13:24:48 _ İmam Şafi (Allah ona rəhmət etsin) demişdir:_

*"Günahları tərk etmək istədik, onu duha namazında tapdıq. Qəbirlərin nurlanmasını istədik, onu Quran oxumaqda tapdıq. Sıratı keçmək istədik, onu oruc tutmaqda və sədəqə verməkdə tapdıq. Ərşin kölgəsini istədikdə isə, onu salehlərlə dostluqda tapdıq".*

[əl-Buhuruz Zəxirah, 1/85]

https://t.me/urvatulvusqa
36 views10:24
Aç / Yorum Yap
2023-02-03 11:50:48 *Varmı bu elana STOP qoymaq istəyən???*


* Quran müəlliməsi bacımızın kirayəsi üçün yardım edək.*

* Əs sələmu aleykum və rahmətullahi və bərakətuhu*

*Zəkat çıxaran qardaşlar mütləq ( Rövşən 070 740 90 60 ) əlaqə saxlasınlar.*

*Lazımı məbləğ 280 azn*
*Yığılan məbləğ 247 azn*
*Qalan məbləğ 33 azn*

*Adının çəkilməsini istəmədiyimiz ( maraqlananlar üçün açıqlama vermək olar ) quran müəlliməsi bir bacımızın kirayəsi üçün yardım lazımdır. Əlavə olaraq bu bacıya ərzaq və kommunal yardımı etmək istəyəni yönəltmək olar . Kim bu bacının kirayəsinə yardım etmək istəyir?*

*Kapital bank*
*4169 7387 9333 4123*
*YAŞAR ABDULLAYEV*

*Tel. Rövşən 070 740 90 60*

*Elanı paylaşmaqla da yardım etmək olar.*


1) https://chat.whatsapp.com/EdhbmBJjN2dHttMPpzi0VA

2) https://chat.whatsapp.com/DMqYcImXgE5GpDiXjDXtll
29 views08:50
Aç / Yorum Yap
2023-02-03 06:53:03
Allahım! Peyğəmbərimiz
Muhəmmədə salavat və salam
yetir!

https://t.me/urvatulvusqa
28 viewsedited  03:53
Aç / Yorum Yap
2023-02-02 22:13:48
Allahım, Məhəmmədə və onun ailəsinə də,
İbrahimə və onun ailəsinə xeyir-dua  verdiyin kimi
xeyir-dua ver!
Şübhəsiz ki, Sən şan şöhrət sahibisən !

https://t.me/urvatulvusqa
33 viewsedited  19:13
Aç / Yorum Yap
2023-02-02 20:12:07 Əhzəb Surəsi - 56

Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın.

https://t.me/urvatulvusqa
34 views17:12
Aç / Yorum Yap