Get Mystery Box with random crypto!

'Yarım qalan xəyallar varkən nə önəmi var ki geridönüşünün? O | 𝙰𝚢𝚜𝚎𝚕𝚒𝚗𝚊 𝚋𝚕𝚘𝚐🍒

"Yarım qalan xəyallar varkən nə önəmi var ki geridönüşünün? O xəyallara aid arzular tamamlanmadıqdan sonra nə önəmi var ki ona olan ümidlərin? O ümidlərin tükəndiyi yerdə nə faydası var güvənin, inancın?
Gedərkən yarım qalan baxışlar var, həm səni axtarar, həm bəlkə gələr deyə önəmi olmayan yerlərə baxan. O gözlər səni görmədikdən sonra nə önəmi var o baxışların?
Gələrkən içini tam doldura bilmədiyin bir qəlb var. Bir az xoşbəxtlik umduğu yerdə qırılan. Param parça olduqdan sonra nə önəmi var içində varsan ya yox?"