Get Mystery Box with random crypto!

Mən heç olmadım zənn etsinlər. Məni kimsələr sevmədi ki,acımın | 𝙰𝚢𝚜𝚎𝚕𝚒𝚗𝚊 𝚋𝚕𝚘𝚐🍒

Mən heç olmadım zənn etsinlər. Məni kimsələr sevmədi ki,acımın üstünə basa-basa durdular. Yıxıldım,vurdular,durdum yıxdılar,mənim əllərimi,qollarımı,qanadlarımı qırdılar. Mən yara daşımıram içimdə,yaranın içində yaşayıram. Biri də əlimdən tutub,sonuna qədər gəlmədi mənlə. Sonuna qədər gəlmədilər,çünki sonunda getdilər. Məni kim anlar ki,bu küləyini,yağışını sevdiyimin dünyasında. Kimin qəlbində iz kimi qaldı ki adım.. Heç kimsə gerçəkdən acımı hiss edib də,başımı sıxmadı köksünə. Saçlarımı heç kim oxşamadı,atam kimi. Ki,atam da oxşamadı.. Kimsəyə zərər verməyim deyə,deyə,özümü bitirdim mən. Canım çox yanır ama kimsəyə inandıra bilmərəm,anlata bilmərəm deyə susuram mən. Ondandır dilimdən iki kəlməni zorla almaqları. Mən dilimə gətirə bilməyəcəyim,bacarmayacağım şeyləri daşıyıram içimdə. Hələ də necə bacardığımı bilmədən həm də. Hələ də necə yaşadığımı bilmədən həm də..
@gelmemeyegidenkadin