Get Mystery Box with random crypto!

Südün faydaları. Sümüklər üçün vacibdir. Mineral baxımından so | 𝙰𝚢𝚜𝚎𝚕𝚒𝚗𝚊 𝚋𝚕𝚘𝚐🍒

Südün faydaları.
Sümüklər üçün vacibdir.
Mineral baxımından son dərəcə zəngin olan süd eyni zamanda zəngin bir kalsium mənbəyidir. 1 litr südün tərkibində olan kalsium; 10 kilo ət, 5.2 kilo çörək, olan kalsiuma bərabər miqdarda olur. Bu səbəbdən sağlam sümüklər üçün süd içməyiniz vacibdir.

Beyinin ehtiyacı olan enerjini təmin edir.
Yediyimiz qidaların insanın yaddaş, zəka və konsentrasiya gücü üzərində çox mühüm bir təsiri var. Süd beynin ehtiyacı olan enerjini təmin edir. Tərkibindəki yüksək zülal ilə orqanizm toxumalarının inkişafına köməkçı olan süd beyinin funksiyalarına müsbət təsir göstərir.

Ürək-damar sistemi üçün çox vacibdir.
Yüksək təzyiqi olan insanların müalicəsində südün müsbət təsirləri bilinir. Yüksək təzyiq üçün istifadə olunan bəzi dərmanların əlavə təsirlərini azaltmada südün effektli olduğu məlumdur. Yağsız ya da 1 faiz yağlılığı olan süd orqanizmə daha çox kalsium verir. Kalsium da təzyiqi 3-10 faiz, daha da vacibi ürək-damar xəstəliyi riskini 15 faziə qədər azalda bilir.

Xolesterolu azaldır.
Orqanizmdə xolesterolun sintez olunması ilə yanaşı, biz heyvan mənşəli qidalarla da orqanizmimizə xolesterol qəbul edirik. Qanda xolesterol səviyyəsi yüksək olan insanlarda ürək xəstəliklərindən əziyyət çəkmə və ürək böhranı keçirtmə riski daha yüksək olur. Az yağlı süd xolesterolu azaldır.

Osteoporozdan qoruyur.

Südü sağlam içmə qaydaları
Qida dəyəri çox yüksək olan süd, bütün yaş qrupları üçün lazım olan kalsium ehtiyacının ödənilməsi üçün istifadə ediləcək ən yaxşı mənbə sayılır. Bu səbəbdən mütəxəsislər südün saysız faydalarından yararlanmaq üçün hər gün 2 stəkan süd içilməsini məsləhət görürlər. Mütəxəsislər uşaqların, inkişaf dövründə gənçlərin 600-800 ml süd içməsi tövsiyyə olunur.

•4-5 dəqiqə qaynadın, şüsə banka içində saxlayın. Amma uzun müddət qaynadıldıqda vitaminləri azalacağı üçün pasterize ve sterilizə edilməmiş südü maksimum 4-5 dəqiqə qaynadın. Daha sonra şüşə banka içərisində soyuducuda saxlayın və 1-2 gün ərzində istifadə edin.
@worldofpearls