Get Mystery Box with random crypto!

Heyvanları əhliləşdirmək üçün qəfəsdə saxlayır, daima insanlar | Psixologiya Club🌿

Heyvanları əhliləşdirmək üçün qəfəsdə saxlayır, daima insanların istədiyi hərəkəti etməkləri üçün onları məcbur edir, təlimçinin şallaqları ilə heyvan əhliləşir.

İnsanlarda öz övladlarına eynən belə davranır. Onu evə həbs edir, döyür, daima na etməli olduqlarını söyləyir, müəyyən bir yaşdan sonra isə onu özünə "yük" görür.

Onlar sizin övladınızdı, bəzi valideynlər "mən sənin öhtəndən gələnmirəm, qaynana evinə gedəndə düzələcən" deyirlər və edirlər. Axı siz onun valideynisiz, onu başqasına al ehliləşdir adına necə verirsiz? O insandı axı unutmusunuz?

"Xalxın uşağı gör necə bacarır" hər kəs eyni olmalıdı deyə bir şey yoxdu. Sizin övladınızın seçimi budur.

Müəyyən bir yaşdan sonra "get işlə, özünü dolandır, nə qədər mənə yük olacaqsan?" Sözləri çoxumuza tanışdır.

Hörmətli valideynlər, siz bu sözlər əvəzinə onun niyə işləməli olduğunu, özünün işinin olmağının önəmini izah edə bilsəydiniz övladınız indi işləyirdi. Bir fərd kimi, öz istəyi ilə

əziz valideynlər onlar sizin övladlarınızdı unutmayın