Get Mystery Box with random crypto!

Dostlar, Salam! Ümid edirəm ki, yaxşısınız. Düşünürəm ki, | Aynr Hashim

Dostlar, Salam! Ümid edirəm ki, yaxşısınız. Düşünürəm ki, mütamadi olaraq burada paylaşım edəcəm. Ehtimal ki, paylaşımlar bir müddət daha az və fasilələrlə olacaq. Ancaq bu dəfə ilk baş verir və sırf bu kanalın izləyiciləri üçün dostum-qardaşım tərəfindən yazılan bloqu Sizinlə bölüşürəm:


Gəlin ilk öncə sizə özümü tanıdım.... Zarafat edirəm, sizi belə mənasız şeylərlə yormayacam (bu zarafat üçün sizdən üzr istəyirəm, amma necəsə yazıya başlamalıydım). Bu gün sizə artıq bir neçə böyük şirkətin istifadə etdiyi və yaxın zamanlarda mənim də əlimə keçəcək bir alətdən danışmaq istəyirəm.
Çox güman ki, bu səhifəni oxuyursuza marketinqlə əlaqəli işdə çalışırsız, marketinq sahəsində çalışırsızsa “A/B testing” nədir bilirsiz. Bilmirsizsə, bu mənim əvvəlki cümlələrdə işlətdiyim kimi ehtimallar səsləndirib onların yoxlanmasıdır. Siz bu üsulla marketinq taktikalarınızı daha da yaxşı hala gətirirsiniz. Əksər şeylərdə olduğu kimi bu üsulun da bir nəçə mənfi tərəfi var:
- Həddən artıq vaxt ala bilir (təsəvvür edin ki, eyni taktikayla bağlı 10 test etməlisiniz)
- Bəzən əldə olunan nəticələri analiz etmək çətin olur (Ümumən bu problem seqmentin ixtiyari bölünməməyindən irəli gəlir)
- Bəzən heç bir nəticə vermir (testlər o qədər uzun çəkir ki, yalnız başqa taktikalar üçün dərs çıxarmaq qalır)

İndi təsəvvür edin ki, siz eyni anda 20-dən çox test edə bilərsiz. Misal üçün, sizin müştərilər üçün nəzərdə tutduğunuz səhifəniz var və onun arxa fonundakı rənglərini yoxlamaq istəyirsiz, əlavə olaraq şifrə və istifadəçi adı üçün xanaların quruluşunu və.s. Bunların hamısını A/B testlə etsəniz fərqli-fərqli eleməntlər 20-dən çox testə gətirib çıxara bilər.
Qayıdırıq bu paraqrafın ilk cümləsinə, təsəvvür edin ki, bunu bir click-lə edirsiz və sonda süni zəka sizə testlərin analizini edir, nəticə verir.

Əladır, hə? Elədirsə, Adobe Target-ə xoş gəlmisiz.

Sizə ağız dolusu bu alət haqqında danışmaq istəyərdim, amma atalarımız demiş – “balıq tutmağı yox, balıq tutmağın yolunu göstər” elə onları dinləyərək danışmaq əvəzinə sizi bu vebsayt və video ilə başbaşa qoyacam
- https://business.adobe.com/products/target/adobe-target.html
-



P.S Yazı 2 Guiness pivəsi içilərək yazılıb, həddən artıq səmimi oldumsa, üzürlü sayın ("İki pivə içib özünü buraxıb" kommentlərini artıq eşidirəm)

Növbəti yazılarda görüşənədək.

Özünü təqdim etməyən müəllif – https://www.instagram.com/israyilalakbarov/