Get Mystery Box with random crypto!

Salam, Dostlar. Ümid edirəm ki, əlasınız. Bu günün dadını əla | Aynr Hashim

Salam, Dostlar. Ümid edirəm ki, əlasınız. Bu günün dadını əla çıxardı. Mümkündürsə, sabahın yerinə də havada nəfəs alın Yaxşı, bu çətin məsələdir. Heç olmasa, bu gün ayağınız yerə dəyəndə o əla hissi keçirin. Havanın necə olmasından asılı olmayaraq, göyə baxın və dərin nəfəs alın.

Əslində bu qədər şişirtməyib sabahı adi gün keçirmək kimi də olar, iki günə 2-3 çörək bəs edər. Bu arada, çörəyi, duzu və şəkəri mümkün qədər az istifadə etməyə çalışın. Sağlamlığınız üçün təhlükəlidir Əvəzinə, hər gün azı 5-6 stəkan su içməyə çalışın. Əgər elə yavan içə bilmirsinizə, limon və təbii nanə köməyinizə çatacaq Bu təkrarlardan sonra günün məlumatlarına keçirik


Snapchat-la başlayan və daha sonra Instagram, Facebook, WhatsApp və YouTube-a gələn story funksiyası artıq Twitter-da da qarşımıza çıxacaq.

Əslində bu yeniliyin gözləndiyi haqqında yazmışdım. Hansı ki, "Fleets" adlı hekayə funksiyası hər kəsə açıq olaraq paylaşılacaq amma bunları hər kəslə açıq retvit etmək olmayacaq.
"Fleets" test müddətindədir və hal-hazırda Braziliya, İtaliya və Hindistan-da istifadə edilir.

Bununla yanaşı, bir digər yeniliyin olması da gözlənilir. Bu yenilik instagram və facebook-da olduğu kimi paylaşımlara fərqli emojilərlərlə cavab verməkdir.



WhatsApp yaxın günlərdə maraqlı yeniliklə qarşımızda olacaq. Hem iOS, həm də Android üçün gələcək yeni funksiya ilə əvvəlcədən təyin etdiyimiz mesajları göndərmək olacaq.

Facebook və instagram-da postları əvvəlcədən qoşmaq kimi burada da mesajları qoşmaq və vaxtı gələndə yollamaq olacaq Bu mənim lap çoxdan arzuladım funksiya idi. İndi gecə-gecə məlumat göndərməyimə baxmayın, WhatsApp-da insanları narahat etməmək üçün gecə saat 11-12-dən mesaj göndərmirəm Vacib məsələ deyilsə, həmin saatdan sonra kimisə narahat etməyin doğru olmadığını düşünürəm (qarşı tərəf mesajı özü yazıbsa və bu Sizin üçün problem deyilsə, cavab vermək olar. Həqiqətən vacib məsələdirsə, yazmaq olar – kimi istisnalarımız da var)
Ancaq istisnalar olmayan halda səhər o mesaj unudulur və ya vaxtında göndərilməyə bilər. Bax elə bu yerdə bu funksiya çox yerinə düşür. Gecədən mesajı hazırla, səhər 7-yə qoş, özün də rahat-rahat yat Görək, nə vaxt gəlir bu əla yenilik



Parkinson və Hantinqton xəstəliyindən əziyyət çəkənlərin işini yüngülləşdirəcək qaşıq hazırlayıblar. Bu qaşıq tək sözlə, əladır. Parkinson və Hantinqton xəstələrinin ən böyük problemlərindən biri də bədənlərinin, əllərinin əsməsidir. Bu qaşıq vasitəsi ilə yemək yeyəndə normal qaşıqlarda olduğu kimi yemək dağılmır və bundan əziyyət çəkən insanlar özləri öz yeməyini yeyə bilir.

Bildiyim qədəriylə, Azərbaycanda satışı yoxdur. Əgər vaxtınız varsa, bunu maraqlana və bəlkə də həm insanlara, həm də özünüzə kömək ola bilərsiniz. (İnsanlara bu qaşığı tanıtmaqla, özünüzə isə müəyyən məbləğ qazanmaqla)
Rəsmi saytlarını bura yerləşdirirəm – https://www.liftware.com/



Musiqiçilər üçün xüsusi olaraq hazırlanan, fərqli ağıllı telefon, OP-S CONCEPT – https://bit.ly/2ArCHv9