Get Mystery Box with random crypto!

Salam, Dostlar Ümid edirəm ki, əhvalınız əladır Dünənin mə | Aynr Hashim

Salam, Dostlar Ümid edirəm ki, əhvalınız əladır

Dünənin məlumatları ürəyimcə olmadığı üçün "bir az gec, amma daha yaxşı olsun" dedim və rəqəmsalda baş verən ən son məlumatlar bir araya yığdım

Facebook, Snapchat, TikTok və Proqramlaşdırma dilləri haqqında baş verən yeniliklər aşağıda Sizi gözləyir



Facebook maraqlı yeniliyi test edir. Kimisə Google-da axtaranda ilk başda Wikipedia məlumat lövhəsi çıxır və bizi ora yönləndirir. Məncə, bunu hər kəs görüb. Eyni bu cür funksiyanın indi Facebook-a gəlməsi gözlənilir. Facebook-un özündə axtarış edəndə sağda bir küncdə onun Wikipedia məlumatı və hal-hazırda onunla əlaqəli yazılan məqalələr yer alacaq.

Facebook Wikipedia-nı bura inteqrasiya etməklə, insanların facebook-da keçirdiyi vaxtı bir az da çoxaltmağı hədəfləyir. Facebook bu funksiyanın test edildiyini bildirib, ancaq nə vaxt istifadəyə verəcəyini bildirməyib.



Facebook-un bir digər yeniliyi isə Messenger-la bağlıdır. Telefonlardakı Face ID-ni bilirsiniz, hansı ki, telefonun sahibi üzünü ekrana tutur və onu tanıyan telefon qapılarını sahibinin üzünə açır. Eyni bu cür yenilik Messenger-ı da gözləyir.

Hal-hazırda bir qrup iOS istifadəçilərinin üzərində test edilir və yaxın günlərdə yeniliklər olması gözlənilir. Bu arada, Face ID olmasına baxmayaraaq, gələn mesajları həmişəki kimi – bildirişlər hissəsindən görüb, elə cavab verməyimiz də mümkün olacaq.




Sosial media platformalarına fikir verirsiniz, son illərdə sadəcə sosial media olaraq qalmırlar, yeni və başqa sahələrə də addım atırlar. Bu sadəcə sosial media şirkətləri üçün deyil, bir çox adlı-sanlı iş adamları üçün də keçərlidir.

İndi haqqında danışacağım Snapchat-dır. Snapchat indi də Snap Games adlı oyun üzərində işləyir və bununla bağlı, məşhur ABŞ oyun şirkəti olan Zynga ilə əməkdaşlığa başlayıb.



2012-2014-cü illərdəki instagram yadınıza düşür?
TikTok-dan çox da fərqlənmirdi desəm, yeridir.
Həmin illərdə istifadəçilərin böyük əksəriyyəti gənclər idi və indiki kimi adlı-sanlı deyildi. Eyni indiki TikTok kimi. TikTok istifadəçilərinin təqribi 43%-i 16-24 yaş aralığındakı insanlardır.

Təbii ki, bu aralıqdakı insanların alıcılıq qabiliyyəti o qədər də yüksək deyil və sosial media platforması üçün gətirdiyi qazanc azdır. TikTok da bunu başa düşür və istifadəçilərinin yaş aralığını genişləndirmək üçün addımlar atır.
Bu addımlardan ikisini qeyd edirəm – Do it yourself (Özün Et) və Canlı Yayımlar.

Bu iki addımdan biri daha ağıllı-başlı kontentdirsə, digəri də insanların daha səmimi olduğu, özünü yaxın hiss etdiyi kontentdir. Yəni, TikTok instagram və youtube üçün böyük rəqibdir. Görək, bu addımlardan sonra hansı müddətdə nələr dəyişəcək.



Java 20.000 nəfərin iştirak etdiyi sorğunun nəticəsinə görə Python-ı keçərək, təkrar ən məşhur proqramlaşdırma dili olub. Keçən il buna oxşar sorğu keçirilmişdi və nəticə Python-ın xeyrinə idi. Təkrar bu kimi halın yaşanması və Python-nun Java və JavaScript-i keçməsi gözlənilir.

Sorğunun nəticəsinə görə ilk 3 məşhur proqramlaşdırma dili belədir:

39% – JavaScript
37% – Java
31% – Python

Bununla yanaşı, son dövrlərdə məşhurlaşan proqramlaşdırma dillərinə deyinsək, bu Google sistem proqramlaşdırma dili olan Go, Kotlin və Python olacaq.