Get Mystery Box with random crypto!

Dostlar, Salam! Ümid edirəm ki, karantin Sizi çox sıxmır və | Aynr Hashim

Dostlar, Salam! Ümid edirəm ki, karantin Sizi çox sıxmır və kefinizin kök olmasına təsir etmir Bir müddətlik fasilədən sonra həmin müddət ərzində kənarda qeyd etdiyim məlumatları bir araya gətirdim. İndi isə çox uzatmadan, həmin məlumatları Sizinlə paylaşıram


Dünən WhatsApp-la bağlı əsasən, Avropa və Amerika ölkələrində problem yaşanıb. Bu problem isə qarşı tərəfin son görülməsini, online olub olmamasını görməmək olub. WhatsApp-ı istifadə etməkdə və mesajlaşmaqda isə problem yaşanmayıb. Əksəriyyət bunu yenilik kimi qarşılayıb və WhatsApp-ın artıq bu funksiyalarını yığışdırdığını dilə gətirib. Heç bir açıqlama verməyən WhatsApp problemi aradan qaldırıb və həm online, həm də son görülmə funksiyasını təkrar aktiv edib. Bildirilən məlumata əsasən, problem bu iki funksiyanın da səhvliklə əlaqəli hər kəsə bağlı edilməsinin nəticəsində ortaya çıxıb.



Facebook və Instagram story bölməsi üçün yenilik gətirəcək. Bu yenilik daha çox insanın bir-biri ilə əlaqə qurmasına kömək olacaq. Artıq dostluq hissəsində olduğu kimi story bölməsində də tanıya biləcəyimizi düşündüyü insanları bizə təklif edəcək.



Twitter ilkə imza atıb. Söhbət əksəriyyətin artıq bildiyi və gördüyü səs yazısı paylaşmaq funksiyasındaan gedir. Artıq bir neçə gündür ki, Twitter iOS istifadəçiləri üçün bu funksiyanı istifadəyə verib. Yəni, tvitlərinizi səsli şəkildə də paylaşmaq mümkün olacaq. Bu funksiyanln android istifadəçiləri üçün nə vaxt aktivləşəcəyi bildirilməyib. Bu arada, səsli tvit 140 saniyə uzunluğunda ola bilər ancaq bu limiti keçsəniz belə problem olmacaq çünki yeni səsli tvit əlavə ediləcək və zincirləmə şəklində paylaşmaq mümkün olacaq. Bununla yanaşı, bu yenilik çox güman ki, yaxın müddət sonra Facebook və Linkedin-ə də adaptasiya ediləcək.

Əlavə olaraq onu da qeyd edim ki, eşitmə problemi yaşayan insanlar bu funksiyanın onları düşünmədiyini dilə gətirib. Twitter isə funksiyanın hələ test müddətində olduğunu və inkişaf etdirəcəklərini bildirib. Çox güman, qeyd etdikləri kimi bu funksiya hələ inkişaf etdiriləcək və paylaşılan səslərə altyazı funksiyası əlavə ediləcək.



TikTok-un kopyası kimi bildirilən Zynn haqqında bundan öncə iki dəfə yazmışam. Biri TikTok-a rəqib gəlir başlığı altında, digəri isə Google Play-dən silinib və yükləmək olmur haqqında idi. İndiki məlumat isə artıq Apple Store-dan da silinməsi haqqındadır. Zynn TikTok və digər sosial mediaların əksinə hər qeydiyyat, video izlənməsi və dostlarınızı abunə olmağa dəvət etdiyinizdə abunələrinə müəyyən məbləğdə ödəniş etdiyini bildirirdi. Onlar reklam gəlirlərinin insanlara xərcləndiyini bildirir ABŞ medyası bunu "səadət zənciri" adlandırırdı. Təbii ki, bu cür sosial şəbəkə digərlərinə sərf etmir və ən əsası, TikTok-un kopyası olduğu bildirirlir, silinir. Bununla yanaşı, bir çox TikTok istifadəçisinin videosunun icazəsiz olaraq, Zynn-da paylaşıldığı qeyd edilmişdi.



Boston Dynamics və robot iti "Spot"-la bağlı burada ətraflı məlumat yazmışam. İndi Boston Dynamics həmin "Spot" itlərini satışa çıxarılıb. Bu arada, 150 Spot robot iti keçən ilin sentyabr ayında şirkət və araşdırma mərkəzlərinə göndərilmişdi.

"Spot"-ların bəziləri bu xidmətləri göstərib:
Kanada-nın Quebec bölgəsində inşaat layihəsinin gedişatını təqib edib, həftə ərzində təqribən, 5000 şəkil çəkib.
Norveç-dəki petrol mərkəzində təhlükəli işləri insanların yerinə həyata keçirib.
Yeni Zellandiyada isə çoban iti olaraq yoxlanışdan keçirilib.

Bütün bunların fonunda qeyd etdiyim kimi "Spot" satışa çıxarılıb, ancaq hər kəsə satılmayacağı qeyd edilib. Əslində, insanların əksəriyyəti istəsə də ala bilməz çünki, qiyməti 74.500 dollar-dır. İş orasındadır ki, pulu olan hər kəs ala bilməyəcək. Onu da bildirim ki, işdi birdən topdan alış etmək istəsəniz və ya təhsil üçün almağı düşünsəniz, endirim edəcəklər. Özləri belə qeyd edib. Yəqin, o 500-ü çıxararlar, yuvarlaqlaşar