Get Mystery Box with random crypto!

Dostlar, salam. Ümid edirəm ki, yaxşısınız və az da olsa bayra | Aynr Hashim

Dostlar, salam. Ümid edirəm ki, yaxşısınız və az da olsa bayram əhvalındasınız. Bu dəfə qəşəng, fərqli mövzular haqqında məlumatlar oxuyacaqsınız. Hazırsınızsa, başlayaq.


Deməli, həmişə Marsın üstündə axtarılan suyun onun daxilində olması təxmin edilir.
Tədqiqatçıların fikrincə, su ilk dövrlərdən onun səthinə doğru aşağı çəkilməyə başlayıb və ondan sonra heç vaxt üstünə çıxmayıb. Araşdırmalara görə əvvəllər Marsın səthi 100-1500 metr dərinliyi olan okeanla örtülü olub. Bu suların 30%-99% hal-hazırda səthdən aşağı çəkildiyi təxmin edilir. Mən bu məlumatı oxuyan kimi ağlıma uşaq vaxtlarımda kənddə gördüyüm artezian quyuları gəldi. Nə bilmək olar, bəlkə də bir gün Marsda da uşaqlar hansısa kənddə düyməli, monitorlu artezian quyularını görəcək.




Gucci batır!
Artıq 13 dollara orginal Gucci ayaqqabısı ala bilərsiniz.

Bilirsiniz də belə başlıqlar insanların vaxtını alır, vaxt isə pul qazanılmayan işlərdə pul deməkdir. Məsələn, elə mediada, youtube videolarında. Söyülməyi gözə alıb, bu mövzuda ortanı tutub bu cür başlıqlar seçmək olar amma mən gördüyünüz kimi belə başlıqlar seçmirəm. Gələk Gucci-nin satdığı ən ucuz ayaqqabıya.

Bu ayaqqabını 13 dollara ala bilərsiniz, ancaq heç bir zaman onu ətdən, dəridən, dəmirdən olan ayağınıza geyinə bilməzsiniz. Kədərlənməyin, onu virtual olaraq geyinə bilərsiniz. "Virtual 25" adını daşıyan bu ayaqqabı artırılmış reallıq şirkəti olan "Wanna" ilə birgə əməkdaşlıq nəticəsində hazırlanıb. Gucci ayaqqabılarım var demək istəyirsinizsə, əslində heç vaxt sizin olmayacaq Gucci app-dan bu ayaqqabıya sahib ola bilərsiniz. Elə bu yerdə mənim ağlıma Black Mirror – "Fifteen Million Merits" (Season 1, Episode 2) ağlıma gəldi.




Vaxtı pula satırıq, sonra vaxtımızı daha gözəl hala gətirə biləcək şeylərə həmin pulu xərcləyirik. Bunu çox düşünmür və uzun illərdir necə var elə də qəbul edirik. Sistemə qarşı çıxmaq çətindir və buna nə qədər ehtiyac var bilmirəm. Bəlkə də bilirəm, amma bilməməyi seçirəm. Hər bir halda, yaradılan ehtiyaclar və ən əsası isə səhiyyə bizə pul qazanmadan yaşanacaq dünya imkanını bir o qədər də vermir. İstəyən və cəsarətli olan bəlkə də gedib həmin sistemi özü üçün qurar, bunun mümkünlüyünə də inanıram.

Sözüm fikirlərimdə deyil, ortaq yolu tapıb bir az zövq aldığımız işləri görərək pul qazanmaq lazımdır. Elə bu yerdə Clubhouse-un da pul paylayacağını bildirmək istəyirəm. Amma bu hissədə də Clubhouse öz fərqini qoruyur – hər deyən adam bu platformadan pul qazana bilməyəcək, ilk mərhələdə sadəcə 20 seçilən kontent yaradıcısı pul qazana biləcək.

. Clubhouse-un pul qazanma proqramı "Clubhouse Creator First"adlanır. Şirkət bu proqrama kimlərin daxil olacağını isə hazırladığı form vasitəsi ilə müəyyənləşdirəcəkdir. Gələcəkdə daha çox məzmun istehsalçısının Clubhouse-dan pul qazana biləcəyi gözlənilir. Şansınıza güvənirsinizsə, buradakı formu dolduraraq qeydiyyatdan keçə bilərsiniz.
Son qeydiyyat tarixi 31 Mart – https://airtable.com/shrXUvZUuu6p8fIKZ




Tinder təhlükəsizliyini artırmaq üçün uyğunlaşan şəxslərə məhkumluq haqqında keçmişinə baxmaq fürsətini verəcək. Bildiyiniz kimi Tinder dünyanın ən çox istifadə edilən dostluq, tanışlıq tətbiqidir.

Bu tətbiqi istifadə edib yeni tanışlıq qurursunuzsa, həmin şəxsin kim olması, keçmişdə hər hansısa cinayət əməlinə qarışıb qarışmaması sizdə şübhə yarada bilər. Şübhə duyduğun şəxslə görüşə getmək isə xeyli riskli məsələdir. Elə bu hissədə Tinder yenilik etmək məqsədi ilə Garbo şirkətiylə danışıqlara başlayıb. Bu arada, Garbo cinsəl şiddətdən qurtulan Kathryn Kosmides tərəfindən 2018-ci ildə başqa insanların eyni situasiyaya düşməməsi üçün qurulan və xeyir məqsədi güdməyən platformadır.