Get Mystery Box with random crypto!

Əsasən MercedesBenz və BMW markalı avtomobillərə tətbiq etdiyi | Car Lifestyle Baku⚙️

Əsasən MercedesBenz və BMW markalı avtomobillərə tətbiq etdiyi modifikasiya paketləri ilə tanınan şirkətin son işi Mercedes-Benz G-Class olub. Sarı rəngli bir AMG G63 versiyasını seçərək üzərində işləyən Mansory, avtomobilə kapot da daxil olmaqla bir çox karbon fiber hissəsə əlavə edərək gözəl bir kontrast yaradıb.
Geniş qanadları və gövdə dəsti hissələri sayəsində daha da əzələli bir görkəm qazanan avtomobilin Mercedes emblemi də Mansory logosu ilə əvəzlənib. Avtomobilin kapot, güzgülər və spoyler kimi hissələrində görülən karbon fiber arxa hissədəki ehtiyat təkər qapağında da qarşımıza çıxır.
Avtomobilin interyeri xarici görünüşündən daha cəlbedici görünür. Çöl hissədəki sarı rəng içəridə də çox istifadə edilib. Bundan əlavə, sükan və bəzi hissələrdəki naxışlı örtüyün də çox gözəl göründüyünü demək lazımdır.

Ətraflı: https://www.instagram.com/p/CQQM2VTrZQ9/?utm_medium=copy_link