Get Mystery Box with random crypto!

Filippinli bir avtomobil salonu, avtomobillərin gömrük rüsumla | Car Lifestyle Baku⚙️

Filippinli bir avtomobil salonu, avtomobillərin gömrük rüsumlarını daha az ödəmək üçün müxtəlif yollara əl atıb. Məsələn, videoda gördüyünüz McLaren 620R, sənədlərdə bir Porsche Cayman olaraq göstərilib. Yəni sözügedən avto salon sənədlərdə saxtakarlıq və vergidən yayınma hallarına yol verib.

Ardından hərəkətə keçən Filippin hökuməti, ölkəyə qeyri-qanuni yollarla giriş edən bu super və lyuks avtomobillərə əl qoyub, sonra isə onları bir bir parçalayıb. Bu prosesin videosu da məsul bir qurum tərəfindən Facebook üzərində paylaşılıb.

İlleqal şəkildə 2018 və 2020’ci illər arasında ölkəyə gətirilən o avtomobillərə baxdıqda isə McLaren 620R, 2007 Bentley Continental Flying Spur, Porsche 911 C2S, Hyundai Genesis, Toyota Solara və bir neçə digər avtomobili görürük. Bu avtomobillərin ümumi dəyərinin isə 2 milyon manat civarında olduğunu deyə bilərik.

Ətraflı: https://www.instagram.com/p/CQSu9meH8uT/?utm_medium=copy_link