Get Mystery Box with random crypto!

Logo bir markanın ən vacib hissəsidir. Xüsusi bir marağımız ol | Car Lifestyle Baku⚙️

Logo bir markanın ən vacib hissəsidir. Xüsusi bir marağımız olmasa da, bir çox fərqli sektordan şirkətləri istifadə etdikləri emblemlərdən tanıyırıq. Məsələn, demək olar ki, hər kəs McDonald's loqosunu görəndə bunun nə olduğunu başa düşür. Eynilə, hazırda Huawei və Oppo kimi öz elektrikli avtomobilini inkişaf etdirmək istəyən Apple logosunu bilməyən yoxdur. “Qanadlandıran” Red Bull da, bir çox sektorda yer aldığı üçün şüurumuza həkk edilib.

Əlbəttə ki, avtomobillər üçün də vəziyyət fərqli deyil. Loqotiplərlə avtomobil istehsalçıları insanların şüurunda özlərinə yer tapırlar. Ancaq sürətlə dəyişən dünyada bəzən kimlik dəyişikliyinə də ehtiyac yarana bilir.

Xüsusilə, #Dieselgate skandalından sonra ətraf mühitin təhlükəsizliyi məsələsinin ön plana çəkilməsi ilə avtomobil sektoru sürətli bir "elektrikləşmə" və "rəqəmsallaşma" dalğasına qapıldı.

Ətraflı: https://www.instagram.com/p/CQg4Zq9rUlQ/?utm_medium=copy_link