Get Mystery Box with random crypto!

MercedesBenz'in ikonik modellərindən olan W201 kodlu 190'ın 90 | Car Lifestyle Baku⚙️

MercedesBenz'in ikonik modellərindən olan W201 kodlu 190'ın 90'cı illərdə prototip olaraq elektrikli versiyaları da istehsal edilmişdi.

Yerli hökumətin təşviqi sayəsində istehsalçı Almaniyanın Rügen bölgəsinə fərqli konfiqurasiyalarda elektrikli 190 modelləri göndərmişdi və bu modellər taksi sürücüləri də daxil olmaqla böyük bir qrupla sınaqdan keçirildi. Mexaniki transmissiya, hətta bu gün də elektrikli avtomobillərdə istifadə edilən sabit sürət qutusunun da yer adığı bu 190'lardan bir il ərzində 100.000 km’dən çox yol qət edənlər də olmuşdu.

Mercedes-Benz'in test nəticələrinə görə bu avtomobillərin heç birində ciddi nasazlıqlar baş verməmişdi.

Göstəriciləri günümüzün texnologiyasına görə xeyli zəif görünsə də avtomobil 44 at gücünə sahib idi və tam dolu batareya ilə 110 kilometr məsafə qət etmək mümkün idi. Sözügedən modellərin çəkisi isə normal bir 190'dan 200 kq daha çox idi.

Ətraflı: https://www.instagram.com/p/CQrSXCbrtNu/?utm_medium=copy_link