Get Mystery Box with random crypto!

2018’ci ildə təqdim olunan Jeep Grand Cherokee Trackhawk bu gü | Car Lifestyle Baku⚙️

2018’ci ildə təqdim olunan Jeep Grand Cherokee Trackhawk bu gün də ən güclü yolsuzluq avtomobilləri arasında öz yerini qoruyub saxlayır. 0-100 km / saat sürətlənməni 3.7 saniyədə tamamlayan bu canavarın tezliklə aramızdan ayrılacağı barədə şayiələr yayılmağa başlayıb. İddialara görə, hazırki nəslinin istehsalı dayandırıldıqdan sonra model rəsmi olaraq təqaüdə göndəriləcək.

Moparİnsiderlər’in "Stellantisə yaxın mənbələrdən" aldığı xəbərə görə, yeni nəsil Trackhawk layihəsi çoxdan zibil qutusuna atılıb. Yeni nəsil GrandCherokee hazırlanan zaman Stellantis səlahiyyətliləri Trackhawk'u və superşarjlı V8 mühərrik gözdən çıxarıblar. Ana marka, gündən-günə sərtləşən emissiya qaydalarına riayət etmək üçün Jeep’ə fərqli bir yol izləməsini təklif ediblər.

Ətraflı: https://www.instagram.com/p/CRDvZ5GLq12/?utm_medium=copy_link