Get Mystery Box with random crypto!

Pickup modelləri ilə bağlı xeyli problem yaşayan General Motor | Car Lifestyle Baku⚙️

Pickup modelləri ilə bağlı xeyli problem yaşayan General Motors, daha bir iri həcmli geri çağırma prosesinə hazırlaşır. Milli Yol Təhlükəsizliyi İdarəsi'nin (NHTSA) hesabatlarına əsasən, sadəcə ABŞ’da baş tutacaq olan bu geri çağırma, 2015-2016 Chevrolet Silverado və eyni illərdə istehsal edilən GMC Sierra 1500, 2500 və 3500 modellərinin daxil olduğu ümumilikdə 410.019 ədəd avtomobili əhatə edəcək.

Verilən açıqlamaya görə problem, sözügedən avtomobillərin tavanında yer alan təhlükəsizlik yastıqlarından qaynaqlanır. Bu hava yastıqlarının üst hissəsindəki qapaq aşınaraq yerindən çıxa bilir. Bu qapağın yerindən çıxacağı təqdirdə isə hava yastığı qəfildən patlaya bilər.

Ətraflı: https://www.instagram.com/p/CROAG2HrqZ3/?utm_medium=copy_link