Get Mystery Box with random crypto!

Məşhur aktyor Tom Hanks, FJ40 Land Cruiser avtomobilini satışa | Car Lifestyle Baku⚙️

Məşhur aktyor Tom Hanks, FJ40 Land Cruiser avtomobilini satışa çıxarır. Bonhams vasitəsilə hərraca çıxarılacaq model, Hanks’in imzası ilə satılacaq.

Tom Hanks bu modeli, performans baxımından modifikasiya etdirmişdir.

Avtomobilin 6 silindrli mühərrikini GM’in L35 4.3 L Vortec V6 mühərriki ilə əvəzləyən Tom, bu dəyişikliklərlə bağlı bütün sertifikatları alıb. Başqa sözlə, yüksək mühərrik performansı belə #LandCruiser’in yola çıxmasına mane olmur. Hanks, bir zamanlar Kaliforniyada avtomobili doyunca idarə etdiyini də qeyd edib.

Stok bir sürüş hündürlüyünə sahib olan modelə, yeni asqı dəstləri əlavə edilib. Elektron sükan və əyləclər də, modeli müasir avtomobil dünyasına yaxınlaşdıran detallar arasındadır. Avtomobilin off-road qabiliyyətini artırmaq üçün Toyo Open Country 31 / 10.50R / 15LT təkərləri istifadə edilib. Bundan əlavə salonda kondisioner və Porsche’dən alınmış yarış oturacaqları var.

Qeyd edək ki, klassik avtomobilin 75.000-125.000$ arası bir qiymətə satılacağı gözlənilir.