Get Mystery Box with random crypto!

Tesla'nın qeyri-adi işlərindən biri olan Cybertruck, uzun müdd | Car Lifestyle Baku⚙️

Tesla'nın qeyri-adi işlərindən biri olan Cybertruck, uzun müddətdir təkmilləşdirmə mərhələsindədir. Təqdim olunduğu gündən bəri bütün diqqətləri üzərinə çəkən modelin, 2022’ci ildə işıq üzü görəcəyi ehtimal edilir. Tesla CEO'su Elon Musk isə, Cybertruck haqqında maraqlı açıqlamalar verməyə və həyəcanı artırmağa davam edir.

Bir tweet'ə cavab verən Musk, Cybertruck'ın ilk nümunələrinin dörd mühərrikli olacağını ifadə edin. Bu spesifik modelin, torq paylaşımını dörd təkərə eyni anda ötürülməcəyini bildirən CEO, istehsal prosesinin nə qədər davam edəcəyi barədə isə məlumat verməyib.

Qeyd edək ki, Elon Musk, Cybertruck'ın təqdimatı zamanı, modelin üç fərqli versiya ilə gələcəyini demişdi. 40.000 dollara yaxın bir qiymət ilə satışa çıxarılması gözlənilən baza versiyası yalnız bir elektrikli mühərrikdən istifadə edəcək.

Ətraflı: https://www.instagram.com/p/CXEjY5SLEMp/?utm_medium=copy_link