Get Mystery Box with random crypto!

BMW, olduqca qəribə bir təzminat iddiası ilə qarşı-qarşıya qal | Car Lifestyle Baku⚙️

BMW, olduqca qəribə bir təzminat iddiası ilə qarşı-qarşıya qalıb. Keçən həftə Californiya'da qaldırılan bir iddiada, BMW X7'nin stəkan tutucularından şikayət olunub. İddiaçı tərəf məhkəməni qazanacağı təqdirdə, BMW 5 milyon dollarlıq bir məbləğ ödəməli olacaq.

Şikayətin detalları və stəkan tutucularla bağlı iddialar olduqca qəribədir. Belə ki, X7 sahiblərinin böyük bir qismi, bu tutucuların "islanmasının" problem yaratdığını bildirir. Yəni, qüsurlu dizayn edildiyi düşünülən bu tutuculara içində maye olan əşyalar qoymaq mümkün deyil.

Açıqlamada bəhsi keçən "problem" bu cür ifadə edilib: "Stəkanınızdan sızan mayelər bu tutucuların içindəki açıq yerdən SRS (hava yastığı) moduluna aid kabellərə nüfuz edir. Bu kabellər isə islandıqca zədələnir və təhlükəsizlik yastıqlarının düzgün işləməsinə mane olur. Bəzən isə bu problem hava yastığının tamamilə sıradan çıxmasına səbəb olur."

Ətraflı: https://www.instagram.com/p/CXonZZPLlQJ/?utm_medium=copy_link