Get Mystery Box with random crypto!

ABŞ'ın Kaliforniya ştatında avtomobil oğurluğu getdikcə daha c | Car Lifestyle Baku⚙️

ABŞ'ın Kaliforniya ştatında avtomobil oğurluğu getdikcə daha ciddi hal alıb. Xüsusilə, park halındakı avtomobillərin şüşələrini sındıraraq içindəki dəyərli əşyaları götürən oğrular, artıq "açıq baqajlar"la qarşılaşmalı olurlar. Çünki, yerli əhali, oğruların işini asanlaşdırmaq üçün qəribə bir üsul seçiblər.

Ştatda keçən həftə çəkilən bu fotoda yanaşı dayanan iki SUV'nin baqajlarını açıq qoyduğunu görürük. Avtomobillərdən birinin sahibi Inside Edition’a müsahibəsində, bu metodu Kaliforniya ştatında bir çox insanın istifadə etdiyini deyib. Əslində insanlar, baqajları açıq qoyaraq oğrulara avtomobildə dəyərli bir şeyin olmadığını göstərməyə çalışırlar.

Ətraflı: https://www.instagram.com/carlifestyle.baku/p/CXy06GRr-sm/?utm_medium=copy_link