Get Mystery Box with random crypto!

Rusiya fabriklərində qəribə bir problem yaşanmağa başlayıb. Dü | Car Lifestyle Baku⚙️

Rusiya fabriklərində qəribə bir problem yaşanmağa başlayıb. Dünyanın ən çox əhalisi olan ölkələrindən biri olan Rusiya, avtomobil sektorunda işçi çatışmazlığı ilə üz-üzə qalıb. Ölkənin ən böyük yük avtomobili istehsalçılarından olan Kamaz, yaşanan bu vəziyyətdən çıxış yolu olaraq qəribə bir təklif ilə rus hökumətinə müraciət edib.

Reuters'in xəbərinə görə KAMAZ’ın CEO'su Serqey Koqoqin, işçi qüvvəsi kimi məhkunlardan istifadə etmək niyyətindədir. Hələlik, bu barədə rəsmi bir açıqlama verilməsə də, Serqey Koqoqin, komandasının bu layihə üçün lazımi təşəbbüsləri göstərdiyini bildirib.
Avtomobil sənayesi üçün olduqca qəribə bir hal kimi xarakterizə ediləcək olan bu həmlə ilə birlikdə 4.000 məhkum işə qəbul ediləcək. Beləliklə, markanın Nabarejnıe Çelnı bölgəsində yerləşən müəssisələrindəki 4.000 nəfərlik işçi böhranı bu yolla həll ediləcək. Kamaz, bu müddət ərzində özbək işçiləri də ölkəyə gətirməyi planlaşdırır.

Ətraflı: https://www.instagram.com/p/CYPK8cPr-NS/?utm_medium=copy_link