Get Mystery Box with random crypto!

Kia Mohave, bu gün hələ də satışda olan ən köhnə Kia modelləri | Car Lifestyle Baku⚙️

Kia Mohave, bu gün hələ də satışda olan ən köhnə Kia modellərindən biridir. Kökləri, Cənubi Koreyada satışa çıxarıldığı 2008’ci ilə qədər gedib çıxır. Bu orta boy SUV, Cənubi Koreya bazarı ilə bərabər, digər ölkələrin, eləcə də bizim bazarda (ilk nəsli) özünə yer tapmışdır.
Kia, "Masterpiece" konseptinin davamı olaraq, 2019'cu ildə modelin iç və çöl dizaynını yeniləməzdən əvvəl, 2016'cı ildə üzərində kosmetik əməliyyat aparmışdı. Günümüzə qədər bu halı ilə gəlib çıxan SUV, növbəti yenilənmədən keçməyə hazırlaşır.
Telluride'dan bir qədər kiçik, Sorento'dan isə daha böyük olan Mohave, gövdə üzərinə yerləşdirilmiş platformaya malik olduğu üçün Kia'nın bu gün satışda olan ən dözümlü SUV'si olaraq qəbul edilir.

Ətraflı: https://www.instagram.com/carlifestyle.baku/p/CYep5KBrJgz/?utm_medium=copy_link