Get Mystery Box with random crypto!

Hər birimiz xəyal etdiyimiz və almaq istədiyimiz avtomobil üçü | Car Lifestyle Baku⚙️

Hər birimiz xəyal etdiyimiz və almaq istədiyimiz avtomobil üçün müxtəlif axtarışlar edib məlumat toplamağa çalışırıq. Bunun üçün isə ilk olaraq internetdəki forumlara, avtomobil qruplarına baş çəkirik. Bunun üçün ilk ünvan isə əlbəttə Google olur.

Compare The Market’in məlumatına görə, Toyota 2021’ci ildə ən çox axtarılan avtomobil markası olub. Ümumilikdə 154 ölkədən 47’sində ən çox axtarılan yaponiyalı markanı siyahıda BMW izləyir. 29 bölgədə ən çox axtarılan avtomobil markası olaraq bavariyalı ikinci yerdə qərarlaşıb. Üçüncü yer isə Mercedes-Benz tərəfindən rezerv edilib.

Adı çəkilən hər üç avtomobil istehsalçısı son dörd ildir siyahının yuxarılarında gəzişirlər. Məsələn, BMW 2019’cu ildə 118 ölkədə axtarılan ən məşhur avtomobil markası olaraq zirvəyə yerləşmişdi.

Siyahıya nəzər saldıqda bəzi ilkləri də görürük. Tesla 2021’ci il etibarı ilə, reytinqə qatılmanın sevincini yaşayır.

Ətraflı: https://www.instagram.com/carlifestyle.baku/p/CYqR9N_s3Ys/?utm_medium=copy_link